İsrailin keçmiş Baş naziri: "İsrail ordusu çökmə riski ilə üz-üzədir"

İsrailin keçmiş Baş naziri: \"İsrail ordusu çökmə riski ilə üz-üzədir\"

DÜNYA

Bugün, 00:14

İsrailin sabiq Baş naziri Naftali Bennett ölkənin ordusu haqqında bədbin proqnoz verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ordunun canlı qüvvə sarıdan problem yaşadığını iddia edib.

Sabiq baş nazir bildirib ki, orduda əsgər çatışmazlığı yaranıb və bu səbəbdən ordu çökmə riski ilə üz-üzədir.

İsrailin 12-ci Kanal televiziyasında çıxış edən Bennett bildirib ki, baş nazir Netanyahu ciddi strateji səhvlər etməkdədir: "Netanyahu böyük təhlükələrdən danışır, lakin həmin təhdidlərlə mübarizə aparmaq üçün kifayət qədər hərbi gücü yarada bilməyib. Üstəlik, uzun sürən münaqişələr də mövcud ordunu çox yorub. u və ya digır səbəblərdən Ordunun hazırda nəzarəti altındakı bəzi əraziləri tərk etmək məcburiyyətində qalacağı qaçılmazdır".

Xatırladaq ki, İsraildə 27 oktyabrda parlament seçkiləri keçiriləcək.

Tahir Şəlvəli

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR