NATO-dan bəyanat: "Rusiyaya qarşı gücümüz var"

NATO-dan bəyanat: \"Rusiyaya qarşı gücümüz var\"

GÜNDƏM

Bugün, 15:08

"Rusiyanın güc təhdidi və nüvə ritorikası qəbuledilməzdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO sözçüsü Allison Hart deyib.

O, Rusiyanın Alyansa qeyri-rəsmi təhdid xarakterli sənəd göndərdiyini etiraf edib.

Bildirib ki, bu, xoşagəlməz prosesi təhdid hesab etmək olar: "Rusiyanın NATO-ya qeyri-rəsmi sənəd göndərdiyini təsdiqləyirəm. Bildirirəm ki, buna cavabımız ləngiməyib. NATO müdafiə ittifaqıdır, onun fəaliyyət və təlimləri Rusiyanın heç bir bölgəsi üçün risk yaratmır. Moskva bunu da bilməlidir"

Hart Rusiyanı Ukraynadakı müharibəyə son qoymağa çağırıb: "Rusiyanın hibrid taktikalara əl atması çarəsizliyin əlamətidir. Lakin bu, bizi Ukraynaya dəstəyimizdən çəkindirməyəcək. Müttəfiqlərimizin ərazisinin hər qarışını müdafiə etmək qabiliyyətimiz var və istənilən təhdidə qarşı çıxmaq üçün kifayət qədər güclü, hazırlıqlı və bacarıqlıyıq".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR