ABŞ 3 ölkəyə qarşı sanksiyaları genişləndirib

ABŞ 3 ölkəyə qarşı sanksiyaları genişləndirib

DÜNYA

08.12.2021, 09:40

ABŞ-ın Maliyyə Nazirliyi mülki şəxslərə qarşı “repressiv” hərəkətlərə görə İran, Suriya və Uqandadan olan hərbçilər də daxil olmaqla, 15 şəxsi sanksiya siyahısına daxil edib.

Bu barədə nazirliyin yaydığı məlumatda deyilir: “OFAC (ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi-red) günahsız mülki şəxslərə, siyasi rəqiblərə və dinc etirazçılara qarşı ciddi insan hüquqları pozuntuları və repressiv hərəkətlərlə əlaqədar üç ölkədə 15 qurumu (sanksiya-red) siyahısına daxil edir".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR