"Tam Store" marketlərində alıcılar aldadılıb - Dövlət Agentliyi cərimələdi

\"Tam Store\" marketlərində alıcılar aldadılıb - Dövlət Agentliyi cərimələdi

İQTİSADİYYAT

Bugün, 11:51

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Tam Store" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Mia.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin apardığı yoxlamalar zamanı marketdə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.

Bununla da "Tam Store" MMC barəsində "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.

Şirkətin əməlində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) maddəsinin əlamətləri müəyyən olunduğu üçün barəsində inzibati xəta haqqında protokol rəsmiləşdirilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR