Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin sayı artırılıb

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin sayı artırılıb

SİYASƏT

22.10.2021, 14:36

Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupuna 38 deputat əlavə olunub.

Bununla bağlı qərarı qanunverici orqanın plenar iclasında 94 deputat dəstəkləyib.

Qərarla qrupda təmsil olunan parlament üzvlərinin sayı 77-yə çatıb.

Qeyd edək ki, Xarici əlaqələr və Regional siyasət komitələrinin sədrləri Nikoloz Samxaradze və Sozar Subari, azərbaycanlı deputatlar - Zaur Darğallı, Savalan Mirzəyev və Abdulla İsmayılovun da təmsil olunduğu qrupa vitse-spiker Arçil Talakvadze rəhbərlik edir/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR