Çində koronavirus yoxa çıxır - Virusa yoluxma daxildə qeydə alınmayıb

Çində koronavirus yoxa çıxır - Virusa yoluxma daxildə qeydə alınmayıb

DÜNYA

25.03.2020, 09:54

Son gün ərzində Çində koronavirus qurbanlarının sayı 9, xəstəliyə yoluxanların sayı isə daha 47 nəfər artıb. Virusa yoluxma daxildə qeydə alınmayıb.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 491 nəfər sağalıb.

Hazırda Çində 474 idxal olunan koronavirus infeksiya hadisəsi aşkarlanıb.

Məlumata görə, ölkədə xəstəliyin yayılması anından COVID-19-a yoluxanların sayı hazırda 81 212 nəfərdir. Onlardan 73 650-si sağalıb, 3 281 nəfəri isə ölüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR