O küləyi sevdim...

img

15-07-2019 [17:47]


SəxavətTağlar,
Yazıçı, Əməkdar müəllim

***

Novxanı bağlarında bir əziz insanın, qəlbi, ruhu bizə yaxın olan gözəl  bir ailənin qonağı idik. Yataq otağımızın pəncərəsi dənizə açılırdı...           

...Bakı küləyi fit çalırdı...Sprinq otelinin istirahət məkanından gələn musiqi sədaları, sabaha kimi insanların çalıb-oynamaları mənə- bir kənd adamına qəribə gəldi. 

Doğrudanmı bu insanlar qayğısızdırlar?! Onların dərd-səri yoxdur?! Yoxsa, onların alnına kef çəkmək, sabaha kimi bayağı müsiqilərlə əylənmək yazılıb?!- deyə, düşünsəm də, iç dünyam başqa notlara yüklənmişdi. Nə bu qəribəlik, nədə ki, küləyin yaratdığı fəsadlar  məni qəlbimin göynərtilərindən ayırmaq gücündə deyildi... 

...Ev sahibinin tək oğul övladı, əzizimiz  - Milli Ordunun polkovnik leytenantı Sənan Axundovun Şanlı Aprel sücaəti, ata evinin divarındakı fotoları, idman əşiyaları, əl işləri, velosipedləri... xəyalımdan çıxmırdı. Anası Roza xanımın bitib tükənməyən xatirələri beynimdə dolanırdı, içimi göynədirdi...

Yata bilmirdim. Sabaha kimi Sənanlı günlərimizlə, Ulu Tanrının ərşilə söhbətdə oldum. Dənizə açılan pəncərədən gələn Bakı küləyinin fit səsi bir kənd adamına, bir qələm insanına, bir öyrədənə nəğmə oldu. Həzn, qəhrəmanlığa köklənmiş, üzüntülü bir nəğmə. O nəğməni içimə çəkdim, öpüb bağrıma basdım. Bir az rahatlandım.

O nəğmədə Sənanımızın səsi, sözləri, jesti, ana sevgisi, yar-həyat yoldaşı məhəbbəti, gözəlliyi, ruhu və Vətən sevgisi necə gözəl idi:


                              Mənim xəyallarım vadı,
                              Mənim öz dünyam vardı...
                              Mənim sevdiyim vardı,
                              Mənim sevgilim vardı...

                              Ana, mən şəhid oldum,
                              Yerim gözəldi, təki ağlama...
                              Canım, canım sevgilim, 
                              Bağışla məni, səni tək qoydum...
                              Vətən, Vətən sağ olsun...

Cingiz Mustafayevin poeziya və bəstəsindən gələn bu virtual nəğmə,  atəşfaşanlıqla qarşılanan o canlı musiqini qovdu. Təzadlar buz kimi  əridi..

 ...Səhər açılmışdı. Artıq qoşa nəğmələri sintez etmək gücündəydim. İxtiyari olaraq böyük şairimiz Məmməd Arazın unudulmaz sözləri yadıma düşdü:

                                  Vətən mənə oğul desə, nə dərdim,
                                   Mamur olub qayasında bitərdim. 

Aprel Şəhidimiz Sənan Axundov əsl Vətən oğludur. Əsl qəhrəmanlıq nümunəsidir.  İnanıram ki, zaman-zaman onun döyüş yolu,  Türkiyədə, Almaniyada hərbi təhsil illəri, ikinci ixtisasda sevə-sevə qazandığı hüquqşunas mövqeyi, ümumən Şəhidlik zirvəsi öyrəniləcək və gənclərimizə nümunə olacaq.

Aprel döyüşlərinə öz ərizəsilə ilə getdi, ona kimi Müdafiə Nazirliyində sektor müdiri işləyirdi...  

Ailənin tək oğul övladı idi...  

Çiyindaşını ölümün pəncəsindən xilas edib, özü əbədiyyət məkanına qovuşdu...

Ruhun şad olsun, Sənan! Sən bizi çox istəyirdin, biz səninləyik...Sənə olan sevgimiz sonsuzdur...Hər zaman vaildeynlərinin yanındayıq. Qurban olum, səni böyüdən, qəlbində Vətən sevgisi alovlandıran o valideynlərunə! Onların iradəsinə!...

...Hər kəs Vətənini sevməlidir. Bu Vətənin nümunə göstəriləcək Sənan tək oğulları kim...

Bizim mərd Tomrisimiz, yenilməz Cavanşirimiz, hikmət sahibli Dədə Qorqudumuz, igid Koroğlumuz, cəsur Babəkimiz, qətiyyətli Nəsimimiz var, biz Tusi elmindən, Füzuli kədərindən, Xətai qılıncından, Üzeyr müsiqisindən, Nizami poeziyasından,  Səməd Vurğun şeiriyyətindən güc almağı bacarmalıyıq...

20 faiz torpaqları işğal altında olan bir millətin içində Vətən sevgisi püskürməlidir. Hərb tariximizin Sənanlarını öyrənə-öyrənə, sevə- sevə...

 Sənanın valideynləri ilə bir yerdə olduğumuz ikinci gün, üçüncü gün keçdi.  Külək  həyətdə oturmağa imkar vermirdi. Elə hey əsirdi... 

Qonaq olduğumuz birinci gündən o küəklə həmsöhbət olduğumdan o küləyi sevdim, onun fit səsini sevdim, Sənanımızdan hay gətirən mübarək nəğməsini sevdim...

Mia.az






Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR