Jurnalist Elmar Hüseynovun qətlindən 7 il ötür

img

02-03-2012 [04:02]


?Monitor? jurnalının redaktoru Elmar Hüseynovun öz mənzilinin qarşısında öldürülməsindən 7 il ötür. Bu gün jurnalistlər, hüquq müdafiəçiləri, müxalifət partiyalarının liderləri, gənclər təşkilatları və ABŞ səfirliyinin əməkdaşları jurnalistin məzarını ziyarət ediblər. Bir neçə gənc ağzını bağlayaraq əllərində plakatla Elmar Hüseynovun məzarı önündə dayandı. Çıxışçılar 7 il əvvəl prezident İlham Əliyevin jurnalistin qatillərinin cəzalandırılması haqda vədini xatırlatdılar. Elmar Hüseynov 2005-ci ildə öldürülüb. O zaman prezident İlham Əliyev qatili tapmaq üçün istintaqı nəzarətə götürdü. ABŞ və Türkiyə xüsusi xidmət orqanlarından mütəxəssislər dəvət olundu. Az sonra istintaq qətli törədənlərin Tahir Xubanovla Teymuraz Əliyevin olduğunu, Gürcüstanda gizləndiklərini bildirdi. Amma həmin şəxslər bu gün də həbs olunmayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA