Şimali Koreya Konstitusiyasında dəyişiklik – Kim Çen Ina mütləq səlahiyyət verilib

Şimali Koreya Konstitusiyasında dəyişiklik – Kim Çen Ina mütləq səlahiyyət verilib  

DÜNYA

Bugün, 15:20

Şimali Koreya Koreya Yarımadasının yenidən birləşməsinə dair maddələri ölkə konstitusiyasından çıxarıb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu haqda Şimali Koreyanın rəsmi Yonhap xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Şimali Koreya konstitusiyasındakı bu dəyişiklik ölkənin milli doktrinasında köklü bir transformasiyadır: “Konstitusiya düzəlişlə "dinc birləşmə" və "milli birlik" ifadələri sənəddən götürülüb. Bununla da Koreyanı cənubda Cənubi Koreya, şimalda isə Çin və Rusiya ilə aydın sərhədləri olan ayrı bir dövlət kimi müəyyən edən müddəalar əlavə olunub".

Məlumatda o da deyilir ki, dəyişiklik təkcə bununla bitməyib: “Konstitusiya düzəlişdə Şimali Koreya lideri Kim Çen Inın səlahiyyətləri tam artırılıb. Bununla da ona dövlət qurumları, o cümlədən nüvə qüvvələrinə tək komandanlıq etmək səlahiyyəti verilib. Həmçinin Şimali Koreya Ali Xalq Məclisinin dövlət başçısını vəzifədən uzaqlaşdırmaq hüququ ləğv olunub”

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR