Bakıda həbsxanada qətl: məhkum kamera yoldaşını öldürdü

Bakıda həbsxanada qətl: məhkum kamera yoldaşını öldürdü

KRİMİNAL

Bugün, 14:03

Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib.

Məlumata görə, hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb.

İş materiallarında yazılıb ki, məhkumlar Nurullah Əkbərli və Xəqani Şükürov arasında dört divar arasında başlayan mübahisə qanla bitib. Nəticədə N.Əkbərli qeyri-qanuni yolla “içəri” keçirdiyi kəsici alətlə X.Şükürovu qətlə yetirib.

Bu əməlinə görə ona həm qəsdən adam öldürmə, həm də cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlama maddələri ilə yekun ittiham verilib. Təqsiri sübuta yetirilsə, Nurullah ən azı əlavə 9 il həbsdə qalacaq/qafqazinfo.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR