"Sirab" suyu bahalaşdı - Şirkət 33 aizlik artıma aydınlıq gətirməyib

\"Sirab\" suyu bahalaşdı - Şirkət 33 aizlik artıma aydınlıq gətirməyib

İQTİSADİYYAT

Bugün, 12:20

"Sirab" suyunun qiyməti ötən ilin fevralında 90 qəpikdən 1.05 qəpiyə qalxmışdı. İki gündür marketlərdə 1.20 qəpiyə satılır, yəni 15 qəpik bahalaşıb. Bu, təxminən 1 il ərzində 33 faiz qiymət artımı deməkdir".

Mia.az xəbər verir ki, bu məlumatı jurnalist Elçin Rüstəmli sosial media hesabında yazıb.

Onun sözlərinə görə, şirkətin bu barədə hər hansı açıqlamasına rast gəlməyıb:

"İzah eləsinlər, bu qədər qiymət artımına onları nə vadar edib? Bəlkə daha çox pul qazanmaq eşqinə düşüblər? Maraqlı məqam bilirsiz nəydi?

Satıcı dedi, əmi, bilmirsən, qiymət dəyişib?
-Dəyişib, yoxsa bahalaşıb?
- Dəyişib əmi, dəyişib!...
Düz deyir, heç nəyi adı ilə çağıra bilmirik, dilimiz də dəyişib".
Samir
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR