İctimai Televiziya üçün fərqli model: Taleh Şahsuvarlı namizədliyini verdi

İctimai Televiziya üçün fərqli model: Taleh Şahsuvarlı namizədliyini verdi

PRESS

Bugün, 22:17

Bu gün İctimai Televiziyanın baş direktoru vəzifəsini tutmaq üçün elan edilən müsabiqəyə rəsmi müraciət qeydə alınıb. 

Mia.az Manset.az-a istinadla xəbər verir ki, AzNews.az analitik-informasiya portalının baş redaktoru, hüquqşünas Taleh Şahsuvarlı bununla bağlı öz sənədlərini Audiovizual Şuraya təqdim edib. 

Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunda anadan olub. BDU-da fəlsəfə üzrə bakalavr, fəlsəfə tarixi magistr pillələrində, həmçinin Hüquq fakültəsində təhsil alıb. Azərbaycan mətbuatı tarixində ən gənc baş redaktor olub. İkinci Qarabağ savaşının veteranıdır və 2025-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Taleh Şahsuvarlı qeyd edir ki, İctimai yayımçı cəmiyyətin real tribunası olmalıdır.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR