“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, daha sonra... - QALMAQAL
İQTİSADİYYAT
06.05.2026, 13:24
Azərbaycan məhkəmələrində olduqca maraqlı işlərə şahidlik etmək mümkündür. Onlardan biri də müştərinin mərc şirkəti olan "Topaz"a qarşı iddia qaldırmasıdır.
Xitab24.az-ın məlumatına görə, Bəhruz Quliyev (ad-soyad şərtidir) “Topaz”dan ümumilikdə vergiləri çıxmaq şərtilə 76.875 manat qazansa da, uduşunu şirkətdən ala bilməyib.
Nəticədə o, məhkəməyə üz tutub. İddiaçı ərizəsində qeyd edib ki, idman mərc oyunlarında hər biri 500 manat olmaqla, 38 dəfə mərc edərək "İFK Osteraakers" - "İF Kungsangens" matçının 4.5 ÜST, (3.7 əmsal), "Sassuola" "- "Udineze" qarşılaşmasının isə 1.5 ÜST (1.11 əmsal) bitəcəyini proqnozlaşdırıb.
Qeyd edilən futbol oyunlarının nəticələrinə görə mərclər uduşlu olub. O, "Topaz"a rəsmi qaydada müraciət edərək, vergilər çıxılmaq şərti ilə 76.875 manat uduş məbləğinin verilməsini xahiş edib.
Şirkətdən isə bildirilib ki, "İFK Österaker FK" - "İF Kungsangens" futbol komandaları arasında keçirilmiş oyunla bağlı edilmiş bütün mərclər üzrə uduşlar, həmin qarşılaşmanın nəticəsinin saxta olması ilə bağlıaşkar şübhələrin olmasına görə təxirə salınıb.
"Topaz"la müştərinin məhkəmə çəkişməsi iki il davam edib. Birinci instansiya məhkəməsi belə hesab edib ki, iddiaçının həqiqətən eyni oyun üzrə 38 dəfə mərc edərək uduşlu kupon qazanması şübhəlidir. Məhkəməyə görə, "Kungsangens İF" futbol komandası son 2 il ərzində oynadığı 4 matçın hamısında manipulyasiyaya cəlb olunduğundan, “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsasən "Topaz" tərəfindən müştəriyə uduşun ləğv edilməsi əsaslıdır.
Maraqlıdır ki, Bakı Apellyasiya Məhkəməsini də birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Tərəflərin mübahisəsinə isə Ali Məhkəmədə aydınlıq gəlib. Ali Məhkəmə isə yenidən baxılması üçün işə Bakı Apellyasiya Məhkəməsinə qaytarıb və bəlli olub ki, burada qanunun tələblərinə əməl edilməyib. Nəticədə Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişərək müştərinin haqlı olduğuna, "Topaz"ın 76.875 manatlıq uduşun ödənilməsinə dair qərar çıxarıb.
"Topaz" qərardan kassasiya şikayəti versə də, Ali Məhkəmə şirkətin etirazını təmin etməyib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İranın ABŞ-dan əsas tələbləri: “Bu, haqlı şərtlərimizdir”
Bugün, 00:26 GÜNDƏM
-
Super Liqa: yeni mövsüm nə vaxt başlayacaq?
Bugün, 00:14 İDMAN
-
DÇ-2026: İsveç yığmasının heyəti açıqlandı
Bugün, 00:10 İDMAN
-
Müğənni Rəqsanə plastik əməliyyatdan sonra... - FOTO
Bugün, 00:07 ŞOU-BİZNES
-
Rusiyanın 35 min uzaqlıqdakı hədəfi vuran "Sarmat"ı: “Bu, Qərb raketlərindən dörd dəfə güclüdür və…”
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Trampdan İrana xəbərdarlıq: "Biz oyun oynamırıq"
12.05.2026, 22:25 GÜNDƏM
-
Pentaqon İranla müharibənin ABŞ-a neçə başa gəldiyini açıqladı – Yekun məbləğ
12.05.2026, 22:02 DÜNYA
-
Tiktoker "Eliş"ə hökm oxundu
12.05.2026, 22:02 KRİMİNAL
-
Bu gün “Avroviziya”nın yarımfinalı keçiriləcək
12.05.2026, 20:30 ŞOU-BİZNES
-
Gürcüstandan ölkəmizə gətirilən heyvanlar geri qaytarıldı - Xəstəlik var?
12.05.2026, 20:20 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefonda danışdı - Nələr müzakirə edilib?
12.05.2026, 19:14 GÜNDƏM
-
“Qalatasaray”la İkardi arasında danışıqlar başlayıb – Şərtlər açıqlandı
12.05.2026, 19:09 İDMAN
-
CHP-dən istefa verən bələdiyyə sədri AK Partiyaya qatıldı
12.05.2026, 18:45 SİYASƏT
-
Rumıniya senatında Heydər Əliyevə həsr olunan konfrans... - Çıxış + FOTOLAR
12.05.2026, 18:27 SİYASƏT
-
3 nazir istefa verdi, 89 deputat çağırış elədi – Baş nazir “getməyəcəyəm” deyir
12.05.2026, 18:16 SİYASƏT
-
Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
12.05.2026, 18:05 SİYASƏT
-
Ərdoğan Qazaxıstana gedir
12.05.2026, 17:54 GÜNDƏM
-
Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi - VİDEO
12.05.2026, 17:41 İDMAN
-
Vüqar Rəhimzadə: "Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir"
12.05.2026, 17:34 SİYASƏT
-
Departament rəhbərinin yeznəsiylə icra başçısının tender sövdələşməsi...
12.05.2026, 17:28 İQTİSADİYYAT
-
Əli Əsədov yeni qərar imzalayıb
12.05.2026, 17:20 İQTİSADİYYAT
-
Taylandda yarasalarda yeni Koronavirus növü aşkarlandı
12.05.2026, 17:13 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.05.2026, 17:00 İQTİSADİYYAT
-
Cəbrayılda siqaret istehsal ediləcək
12.05.2026, 16:49 İQTİSADİYYAT
-
Polkovnik Rasim İldırım icra başçısı olmaq istəyən zərərçəkənə daha 150 min geri vermək istəyir - Məhkəmə qalmaqalı
12.05.2026, 16:32 KRİMİNAL
-
Qaz təchizatı müayinəsinin yeni forması müəyyənləşib
12.05.2026, 16:16 İQTİSADİYYAT
-
Dövlət Agentliyində yeni təyinat olub
12.05.2026, 16:03 CƏMİYYƏT
-
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə əlavə səlahiyyət verildi
12.05.2026, 15:56 İQTİSADİYYAT
-
"Real Madrid": “Arda Gülər satılmayacaq”
12.05.2026, 15:40 İDMAN
-
Mehdi Cavadov müşavir vəzifəsindən azad olunub
12.05.2026, 15:36 CƏMİYYƏT
-
İlham Əliyev WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - FOTOLAR
12.05.2026, 15:26 GÜNDƏM
-
Nazirlik: "Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur"
12.05.2026, 15:19 CƏMİYYƏT
-
Azərbaycan hərbçiləri "EFES - 2026" çoxmillətli təliminə qatılıb - VİDEO
12.05.2026, 15:14 GÜNDƏM