"Bizi pisləyirlər, amma yenə də bizimlə işləyirlər" - Şahbaz Xuduoğlu ittihamlara cavab verdi
PRESS
05.05.2026, 16:10
“Qanun” Nəşriyyatı ilə tərcüməçilik sahəsində əməkdaşlıq edənlər zəhmət haqlarının düzgün hesablanmamasından gileylidirlər. Jurnalist, redaktor və tərcüməçi Arzu Qazıyeva, ardınca tarixçi Yadugar Sadıqlı “Qanun” nəşriyyatı ilə işbirlikləri zamanı ödənişlərinin əksik hesablanmasından narazılıq ifadə ediblər.
Və sosial şəbəkə istifadəçiləri arasında da bu məsələdə həmin şəxslərlə həmrəylik nümayiş etdirənlər az deyil. Hətta çoxdur da.
Narazılıqlar nə dərəcədə əsaslıdır?
Mia.az xəbər verir ki, “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu “Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirdi:
- Nəşriyyata gələndə Arzu xanımı qapıda gördüm, kitablara baxırdı, hal-əhval tutdum, kefini soruşdum. Gördüm narahatdır. Dedim gedək otağa, söhbət edək. Soruşdum, niyə narahatdır, dedi ki, qonorarından kəsilib. Mən də dedim ki, bildiyim qədər sizin qonorar ödənib axı. Dedi, yox, kəsilib. Mən də tərcümə ilə bağlı durumumuzu danışdım, təcrübəli bir xanımdır, səmimi söhbət etdik. Sonra gördüm status paylaşıb ki pulunu kəsiblər. Mən də mühasibatlıqdan maraqlandım, onun ödənişlərinini əvvəl 5, sonra 6 manatdan hesablandığını mənə bildirdilər. Özünə də dedim ki, sizə ödəniş olub axı, nəyə etiraz edirsiniz? Dedi, yox, son razılaşma 7 manatdan olub. Dedim, baxarıq vəziyyətə uyğun hərəkət edərik. Tərcümə məsələləri ilə bağlı koordinatorla danışdım, sonradan ona əlavə 1 manatdan da hesablandı və ödəndi. Bilirsiz, müəssisə daxilində bu cür anlaşılmazlıqların olması təbiidir, amma bunun sosial şəbəkədə müzakirəyə çıxarılması qeyri-təbiidir. Qoy hər kəs öz vicdanına uyğun desin.
Yadigar Sadıqlıya gəlincə, o, yaxşı tərcüməçidir. Bir, iki kitab ona tərcümə etdirmişik. Bəzən soruşuram, Yadigar bəy niyə tərcümə etmir daha, çünki həqiqətən yaxşı tərcüməçidir. Mən müəssisə rəhbəri olaraq istəyərəm narazılıqlar, maliyyə məsələləri mənə gəlib çatmamış həll edilsin. Biz geniş tərkiblə əməkdaşlıq edirik. Görünür, şəffaf əməkdaşlığı hər kəs həzm edə bilmir. Belə çıxır, daha mobil tərcümə qrupunun yaradılmasına ehtiyac var, nəinki müraciət edən hər kəsi qəbul etmək. Müraciət edirlər, baxıram, kimsə işsizdir, jurnalistdir, yazıçıdır, yaxud yrayonda yaşayır, başqa imkanı yoxdur. Deyirəm iş verin, işləsin, qazancı olsun. Əvvəlcə işlər yaxşı gedir, sonra narazılıq yaranır. Bəzən insanın yaxşı, xeyirxah hərəkəti özünə qarşı çevrilmiş olur. Mən özümü müdafiə etmirəm. Sadəcə, istəyirəm həqiqət olduğu kimi görünsün hər kəs tərəfindən.
Ş.Xuduoğlu bildirdi ki, “Qanun”a qarşı qərəz var:
- Bunu görürəm. Elə yalnız bizə qarşıdır. Amma hamıya yaxın olan yenə də “Qanun”dur. Hər kəsin ərki keçən nəşriyyatdır. Hər kəsin üzünə qapısını açan “Qanun”dur. Amma yenə də “Qanun”u pisləyirlər, “Qanun” tənqid olunur. Amma yenə də “Qanun” hamıya qucaq açır. Başqa yerləri varsa, getsinlər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
BƏƏ-yə 6 dron fırladılıb - Son 48 saatda
Bugün, 00:03 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
İsrail Livanı yenə bombaladı: daha 10 nəfər öldü
19.05.2026, 23:27 DÜNYA
-
BAKIDA MƏŞHUR HOTELDƏ GÜCLÜ YANĞIN: bura kimindir? + VİDEOLAR (Yenilənib)
19.05.2026, 23:27 CƏMİYYƏT
-
GÜRCÜSTANA KÖHNƏ VƏ YENİ QİYMƏTLƏR: “AZAL-ın biletlərinə təsir edəcək”
19.05.2026, 22:59 İQTİSADİYYAT
-
Avropa Komissiyasının sədri Ərdoğanla müzakirə apardı
19.05.2026, 22:39 DÜNYA
-
Gürcüstana qatar yolu açılır: gediş qrafiki bəlli oldu - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
19.05.2026, 22:12 CƏMİYYƏT
-
Tramp: “İran bizə yalvarır”
19.05.2026, 20:00 GÜNDƏM
-
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
19.05.2026, 19:52 İQTİSADİYYAT
-
Türkiyədə 6 nəfəri güllələyən şəxs özünü öldürdü
19.05.2026, 19:42 KRİMİNAL
-
Türkiyədə 16 yaşlı futbolçu qəzada öldü
19.05.2026, 19:37 İDMAN
-
"Beşiktaş"dan sürpriz həmlə - “Fənərbağça”dan ayrılan baş məşqçi İstanbula geri gəlir?
19.05.2026, 19:27 İDMAN
-
İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib
19.05.2026, 18:30 GÜNDƏM
-
DSMF-dən pensiya - AÇIQLAMASI
19.05.2026, 18:15 İQTİSADİYYAT
-
Əhalimiz nə qədərdir? - Son statistik məlumat açıqlandı
19.05.2026, 18:05 GÜNDƏM
-
PA rəsmisindən Gürcüstana qatar yolunun bərpası barədə - AÇIQLAMA
19.05.2026, 17:59 GÜNDƏM
-
Hikmət Hacıyev Avropa Parlamentini qınadı: "Bu qətnaməni qəbul edənlərin özləri heç..."
19.05.2026, 17:46 SİYASƏT
-
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar...
19.05.2026, 17:27 CƏMİYYƏT
-
Energetika Nazirliyi - D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu keçirilib
19.05.2026, 17:21 İQTİSADİYYAT
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
19.05.2026, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
19.05.2026, 17:00 İQTİSADİYYAT
-
Kinematoqrafçılar İttifaqının sədri kim olacaq? - "Real namizədlər qurultayda və ya onu əvəz edən konfransda bilinəcək"
19.05.2026, 16:56 MƏDƏNİYYƏT
-
Konqoda Ebola epidemiyası: ölənlərin sayı 118-ə çatdı
19.05.2026, 16:44 DÜNYA
-
MERKEL AVROPANI ANALİZ ETDİ: “Üç vədimizin üçü də böyük risk altındadır"
19.05.2026, 16:22 SİYASƏT
-
DAHA BİR AQROPARK YARADILDI
19.05.2026, 16:17 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev iki qanuna dəyişiklik etdi - DETALLAR
19.05.2026, 15:58 GÜNDƏM
-
Prezident Sabir Rüstəmxanlını təltif etdi - Sərəncam
19.05.2026, 15:46 GÜNDƏM
-
İranın Keşm adasına zərbə endirilib
19.05.2026, 15:33 GÜNDƏM
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.2026, 15:18 GÜNDƏM
-
Rus dronu Estoniyaya girdi - NATO qırıcısı vurdu
19.05.2026, 15:15 GÜNDƏM
-
Prezident İlham Əliyev Mavriki Prezidenti Daramber Qoxul ilə görüşüb
19.05.2026, 15:14 GÜNDƏM
-
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
19.05.2026, 15:09 GÜNDƏM
-
Bu kanallar cəzalandırıldı - SİYAHI
19.05.2026, 15:01 PRESS
-
İran Ordusu ABŞ-ın hücum təhdidinə əks həmlə mesaj ilə cavab verdi: “Əlavə cəbhələr açacağıq”
19.05.2026, 14:33 GÜNDƏM