Xalq artisti Arif Babayevin qardaşı oğlu yeni vəzifəyə təyin olundu

Xalq artisti Arif Babayevin qardaşı oğlu yeni vəzifəyə təyin olundu

MƏDƏNİYYƏT

Bugün, 12:57

Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən və Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya Liseyinə yeni direktor təyin olunub.

Məlumata görə, nazir Fərid Qayıbovun müvafiq əmri ilə sözügedən vəzifəyə Hikmət Babayev gətirilib.
Xəbəri liseydən təsdiqləyiblər.
Qeyd edək ki, Hikmət Babayev bu vəzifəsindən əvvəl gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb.
O, mərhum Xalq artisti Arif Babayevin qardaşı oğludur/qaynarinfo.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR