İTV-nin direktoru necə seçilməlidir? - Taleh Şahsuvarlının rəyi
PRESS
03.05.2026, 20:04
Çox hörmətli həmkarım, İctimai Televiziyanın Yayım Şurasının üzvü Azer Hasret-in Pravda.az saytına TV-nin baş direktoru vəzifəsinə seçkilərlə bağlı açıqlamasını oxudum.
Verdiyi açıqlamada Azər bəy proseduru izah edib və neytral mövqedən çıxış edib. Bu, həm hüquqi, həm də etik baxımdan doğrudur və hər hansı iradla qarşılana bilməz. Təşəkkür edirəm!
Lakin bir neçə məsələ var ki, onları mütləq demək lazımdır:
1) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin sədr Sahibə Qafarova tərəfindən 2 fevral 2026-cı ildə imzalanmış qərarına görə, namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüş Rəşad Fərhad oğlu Rəsullu YŞ-a 6 il müddətinə üzv seçilib. Lakin İTV-nin rəsmi saytında onun adı YŞ-nın üzvləri arasında hələ də yoxdur. YŞ bu gün-sabah seçki keçirəcək, amma onun üzvləri barədə İTV-nin saytından dolğun məlumat almaq olmur. Bu hal İTV-nin institusional şəffaflığı ilə bağlı suallar yaradır və Yayım Şurasının tərkibi barədə ictimaiyyətə dolğun məlumatın təqdim olunmasının vacibliyini göstərir.
2) İctimai televiziya və radio yayımı haqqında Qanunun 10-cu maddəsinə görə, İctimai yayımçı cari və fövqəladə audit keçirməli, audit və təftişlərin nəticələri mediada dərc olunmalıdır. Bu fəaliyyətin həyata keçirilməsini təmin etməyə məsul qurum kimi Yayım Şurasından son 5 ildə İTV-də aparılmış hər hansı cari və ya fövqəladə auditin nəticələrinin əks olunduğu bir media linkini mənə göndərmələrini xahiş edirəm. İTV baş direktorluğuna namizəd və vətəndaş olaraq auditlərin nəticələri ilə tanış olmaq qanuni haqqımızdır. Əlavə olaraq bir hüquqşünas kimi deyirəm ki, auditin nəticələrinin mediada açıqlanması sözügedən qanunun imperativ normasıdır. Nə Yayım Şurası, nə Baş direktor, nə də başqa səlahiyyətli şəxslərin iradəsi və seçimindən asılıdır, mediada MÜTLƏQ dərc olunmalı idi. Lakin açıq mənbələrdə, o cümlədən axtarış sistemlərində son illərə dair audit nəticələrinin ictimaiyyətə təqdim edildiyini göstərən məlumatlara rast gəlinmir.
3. Müvafiq qanunun ilk maddəsinə görə, İctimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır. Bu məqsəddən irəli gələrək qanunun 7.1.1 bəndinə görə, ölkədə və dünyada baş verən mühüm hadisələr, dövlət orqanlarının, bələdiyyələrin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və kommersiya təşkilatlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi İTV-nin birbaşa vəzifəsidir. İTV-nin Baş direktoru vəzifəsinə seçkilər ölkə üçün mühüm hadisədir (əks halda, İctimai Kanala heç ehtiyac olmazdı). Odur ki, həmin Qanunun 3-cü maddəsində əks olunan prinsiplərə sadiqliyin ifadəsi olaraq İTV baş direktoru vəzifəsinə namizədlər arasında açıq debatın təşkil olunmasını zəruri sayıram. Bu müzakirəni Yayım Şurasını təşkil etməlidir və İTV-nin baş direktoru sıradan prosedur qərarla yox, ictimai prosesin və müzakirələrin nəticəsi olaraq rəsmiləşməlidir.
Taleh Şahsuvarlı,
AzNews.az xəbər portalının Baş redaktoru
P.S. Yazı müəllifin Feysbuk səhifəsindən götürülüb!
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
BƏƏ-yə 6 dron fırladılıb - Son 48 saatda
Bugün, 00:03 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
İsrail Livanı yenə bombaladı: daha 10 nəfər öldü
19.05.2026, 23:27 DÜNYA
-
BAKIDA MƏŞHUR HOTELDƏ GÜCLÜ YANĞIN: bura kimindir? + VİDEOLAR (Yenilənib)
19.05.2026, 23:27 CƏMİYYƏT
-
GÜRCÜSTANA KÖHNƏ VƏ YENİ QİYMƏTLƏR: “AZAL-ın biletlərinə təsir edəcək”
19.05.2026, 22:59 İQTİSADİYYAT
-
Avropa Komissiyasının sədri Ərdoğanla müzakirə apardı
19.05.2026, 22:39 DÜNYA
-
Gürcüstana qatar yolu açılır: gediş qrafiki bəlli oldu - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
19.05.2026, 22:12 CƏMİYYƏT
-
Tramp: “İran bizə yalvarır”
19.05.2026, 20:00 GÜNDƏM
-
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
19.05.2026, 19:52 İQTİSADİYYAT
-
Türkiyədə 6 nəfəri güllələyən şəxs özünü öldürdü
19.05.2026, 19:42 KRİMİNAL
-
Türkiyədə 16 yaşlı futbolçu qəzada öldü
19.05.2026, 19:37 İDMAN
-
"Beşiktaş"dan sürpriz həmlə - “Fənərbağça”dan ayrılan baş məşqçi İstanbula geri gəlir?
19.05.2026, 19:27 İDMAN
-
İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib
19.05.2026, 18:30 GÜNDƏM
-
DSMF-dən pensiya - AÇIQLAMASI
19.05.2026, 18:15 İQTİSADİYYAT
-
Əhalimiz nə qədərdir? - Son statistik məlumat açıqlandı
19.05.2026, 18:05 GÜNDƏM
-
PA rəsmisindən Gürcüstana qatar yolunun bərpası barədə - AÇIQLAMA
19.05.2026, 17:59 GÜNDƏM
-
Hikmət Hacıyev Avropa Parlamentini qınadı: "Bu qətnaməni qəbul edənlərin özləri heç..."
19.05.2026, 17:46 SİYASƏT
-
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar...
19.05.2026, 17:27 CƏMİYYƏT
-
Energetika Nazirliyi - D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu keçirilib
19.05.2026, 17:21 İQTİSADİYYAT
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
19.05.2026, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
19.05.2026, 17:00 İQTİSADİYYAT
-
Kinematoqrafçılar İttifaqının sədri kim olacaq? - "Real namizədlər qurultayda və ya onu əvəz edən konfransda bilinəcək"
19.05.2026, 16:56 MƏDƏNİYYƏT
-
Konqoda Ebola epidemiyası: ölənlərin sayı 118-ə çatdı
19.05.2026, 16:44 DÜNYA
-
MERKEL AVROPANI ANALİZ ETDİ: “Üç vədimizin üçü də böyük risk altındadır"
19.05.2026, 16:22 SİYASƏT
-
DAHA BİR AQROPARK YARADILDI
19.05.2026, 16:17 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev iki qanuna dəyişiklik etdi - DETALLAR
19.05.2026, 15:58 GÜNDƏM
-
Prezident Sabir Rüstəmxanlını təltif etdi - Sərəncam
19.05.2026, 15:46 GÜNDƏM
-
İranın Keşm adasına zərbə endirilib
19.05.2026, 15:33 GÜNDƏM
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.2026, 15:18 GÜNDƏM
-
Rus dronu Estoniyaya girdi - NATO qırıcısı vurdu
19.05.2026, 15:15 GÜNDƏM
-
Prezident İlham Əliyev Mavriki Prezidenti Daramber Qoxul ilə görüşüb
19.05.2026, 15:14 GÜNDƏM
-
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
19.05.2026, 15:09 GÜNDƏM
-
Bu kanallar cəzalandırıldı - SİYAHI
19.05.2026, 15:01 PRESS
-
İran Ordusu ABŞ-ın hücum təhdidinə əks həmlə mesaj ilə cavab verdi: “Əlavə cəbhələr açacağıq”
19.05.2026, 14:33 GÜNDƏM