Mövlud Çavuşoğlunun qardaşı ofisində güllələndi - "Vəziyyəti ağırdır" - Ceyhun Bayramov sabiq nazirə zəng etdi (Yenilənib)

Mövlud Çavuşoğlunun qardaşı ofisində güllələndi - \"Vəziyyəti ağırdır\" - Ceyhun Bayramov sabiq nazirə zəng etdi (Yenilənib)

GÜNDƏM

06.05.2026, 17:05

Türkiyənin sabiq XİN başçısı Mövlud Çavuşoğlunun qardaş, iş adamı Aydın Çavuşoğlu ofisində güllələnib. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, Antaliyanın Alanya rayonunda vurulib.

Məlumata əsasən, xəstəxanaya aparılan Çavuşoğlu əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib.

Xəstəxananın ətrafında böyük bir izdiham toplaşıb, qohumları və çox sayda vətəndaş hadisələri izləmək üçün əraziyə axın edib. Antalya valisi Hulusi Şahin də xəstəxanada Çavuşoğlunu ziyarət edib.

Xəbərdə deyilir ki, keçmiş xarici işlər naziri və AK Partiya xəttiylə Antalyadan deputat seçilmiş Mövlud Çavuşoğlu xaricdə olduğundan xəstəxanada görünməyb.

Hadisənin detalına gəldikdə isə bildirilib ki, Çavuşoğlu yaralı vəziyyətdə ofisində tapılıb. Xəstəxanadan verilən son məlumata görə, Aydın Çavuşoğlunun vəziyyəti kritik olaraq qalır.

***

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğluya qardaşına edilən hücumla bağlı zəng edib.

Mia.az xəbər verir ki, bu barədə nazir  sosial meduia heabında yazıb: "Əziz qardaşım və dostum Mövlud Çavuşoğlu ilə telefon danışığımız zamanı Mövlud bəyin qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım. Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm. Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik. Allah yar və yardımçınız olsun!".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR