Bahar Muradova müxalifətin birlik ideyasını ?evcik-evcik? oyununa bənzətdi

img

29-12-2010 [06:43]


Bəzi müxalifət partiyalarının ?İctimai palata? adlı yeni qurum yaratmalarının Azərbaycandakı ictimai-siyasi proseslərə, ölkəmizin inkişafına zərrə qədər təsiri yoxdur və olmayacaq. Yeni təşkilat onların xırda-para məşğuliyyətlərinin tərkib hissəsidir. Ona görə də, bu məsələyə əhəmiyyət vermək lazım deyil?. Bu fikirləri YAP-ın saytına açıqlamasında Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib. B.Muradova bildirib ki, müxalifətin yeni ?birliyinin? tərkibində köhnələr cəmləşib. Bu fakt isə ad dəyişsə də, müxalifətin mahiyyətinin dəyişmədiyini göstərir. Ona görə də, hansısa birliyin realaşmasını güman etmək çox sadəlövhlük olardı. Yəni bu ?birliyin? gələcəyinin olmaması barədə çox konkret və aydın təsəvvür formalaşır. ?Həmin müxaliflərin kim olduğu Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Bu düşərgədə ildə bir neçə dəfə yeni təşkilatın yaradılması ideyalarını kənardan müşahidə edəndə uşaqların ?evcik-evcik? oyunu yada düşür. Onlar belə ideyaların heç zaman səmərə vermədiyini bilirlər. Parlament seçkilərindən öncə superpartiya yaratmaq ideyaları da var idi. Və bununla da cəmiyyəti ?titrədəcəklərini? bəyan edirdilər. Amma birləşmə alınmadı və titrəyənlər də özləri oldu? deyə B.Muradova vurğulayıb. Vitse spiker qeyd edib ki, həmin insanlar ictimai faydalı fəaliyyətlə məşğul deyillər: ?Neçə illərdir ki, bu cür imitasiya ilə məşğuldurlar. Düşünürəm ki, bu da onların cəmiyyətə nə iləsə məşğul olduqlarını göstərmək cəhdidir. Amma hesab edirəm ki, müxalifətin yeni ?birliyi? növbəti bir neçə aylıq söz-söhbət mövzusundan başqa bir şey olmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA