Hakan Fidan Avropa ölkəsində: “Daha nəyi gözləyirsiniz?”

Hakan Fidan Avropa ölkəsində: “Daha nəyi gözləyirsiniz?” 

SİYASƏT

Bugün, 21:03

Avstriyada səfərdə olan Xarici işlər naziri Hakan Fidan Vyanada sözügedən ölkənin XİN başçısı Beate Meinl-Reisinger ilə birgə mətbuat konfransında mühüm mesajlar verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Hakan Fidan Türkiyənin Avropa İttifaqı üzvlüyü prosesi barədə danışıb.
Nazir bildirib ki, Rusiya-Ukrayna müharibəsi, Avropadakı bir çox proseslərdə Türkiyə böyük rol oynayıb: “İndisə biz soruşuruq, Avropa İttifaqı nəyi gözləyir? Türkiyənin ittifaqa üzvülüyü niyə hələ də bloklanır? Əlbəttə, istənilən bir ittifaqa daxil olmaq üçün şərtlər var. Bu şərtlər sizə təqdim olunur və siz onlara cavab verdiyiniz zaman daxil olursunuz. Amma problem ondadır ki, bizə qarşı bir siyasi iradə yoxdur. Nə vaxtadək? İttifaq ölkələri bunu da düşünməldir”
Hakan Fidan daha sonra Türkiyənin ABŞ ilə İran arasında danışıqlar prosesini dəstəklədiyini qeyd edib və atəşkəsin uzadılmasının vacibliyini qabardıb: “Atəşkəsin uzadılması çox vacibdir. Müharibəyə bird aha geri dönüş olmamalıdır. Türkiyə olaraq biz bu istiqamətdə daha güclü səylərimiz var, olacaq. Danışıqlar prosesində pakistanlı qardaşlarımızın bacarığına güvənirəm. Bizim də prosesə dəstəyimiz davam edəcək".
Samir MUSAYEV
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR