Xətaidə hamam otağında faciə: 19 yaşlı gənc öldü, qadın isə... (Yenilənib)

 Xətaidə hamam otağında faciə: 19 yaşlı gənc öldü, qadın isə... (Yenilənib)

KRİMİNAL

29.04.2026, 17:48

 Xətai rayonu R.Bağırov küçəsindəki evlərin birində faciə yaşanıb.

Mia.az xəbər verir ki, Neftçala rayon sakini 2009-cu il təvəllüdlü H.Mustafayevin kirayə yaşadığı evə qonaq gələn Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Y.Atayev və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü T.Babayeva (soyadlar şərtidir) hamam otağında olarkən dəm qazından zəhərlənib.

19 yaşlı oğlan hadisə yerində ölüb. T.Babayeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Araşdırmalar aparılır.

***

Bakıda bir nəfərin dəm qazından ölməsi, digər şəxsin zəhərlənməsi faktı araşdırılır.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR