“Temu”dan gətirilən məhsulların yoxlanışı niyə gecikir? - Gömrük rəhbəri iddialara belə cavab verdi
İQTİSADİYYAT
Bugün, 16:16
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bir müddət əvvəl “Temu”dan gətirilən məhsulların gömrük yoxlanışının gecikməsi məsələsindən danışıb.
Mia.az xəbər verir ki, komitə sədri bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı söz açıb.
O qeyd edib ki, ölkəmizdə elektron ticarətlə bağlı 300 dollar limit mövcuddur. Limitin dəyişdirilməsi ilə bağlı məsələ yoxdur: “Lakin qonşu ölkələrə baxsaq, vətəndaşların şəxsi istifadəsi üçün zəruri olan mallar üçün olan güzəştlər aradan qaldırılıb. Məsələn Türkiyədə fevralın 1-dən artıq güzəşt yoxdur. Amma bizim ölkədə 300 dollar məbləğində güzəşt tətbiq olunur. Bizdə təxminən 1 milyondan çox insan elektron ticarətlə məşğuldur, 18 milyon isə bəyannamə olur. Əvvəl bəyannəmənin sayı az idi, indi say artır. Axı getdikcə rəqəmlər artır, bunun uçotunu yaratmaq lazımdır. Bəzən insanlar elektron ticarət mövzusunda sui-istifadə hallarına yol verir. Yəni bir adam özünün ticarət etdiyi həcmdə mal alır və hissə-hissə müxtəlif insanların adına bölərək gətirir.
“Temu” məsələsinə gəldikdə isə, Azərbaycanda birdən-birə “Temu”dan alınan yüklərin həcmi artdı. Bizə elektron məlumat verilmədən, birdən-birə süni şəkildə yüklər gətirilib hava linanına qoyuldu. Axı ünvanı, məhsulu yoxlamaq lazımdır. Ona görə də biz məcbur olduq balansı qoruyaq. Çünki elektron ticarətlə sadəcə istehlak məhsulu gətirilmiyə bilər, dərmanlar, psixotrop maddələr də gətirilə bilər. Ona görə gömrük yoxlanılması vacibdir. Əgər biz onu dəqiqliklə yoxlamasaq, elə siz deputatlar bizə deyərsiniz ki, gömrük orqanları yoxlamır. Buna görə, bir müddət, təqribən 2 həftə “Temu”dan gətirilən məhsulların gömrük gecikməsi oldu, amma artıq öz resurslarımızla o məsələni həll etdik. Həmçinin “Temu”nun qarşısında məsələ qoyduq ki, məlumatları əvvəlcədən verin”, - komitə sədri bildirib/qafqazinfo.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Onlar da sertifikasiyaya cəlb olunacaq
Bugün, 17:39 MƏDƏNİYYƏT
-
Konfrans Liqası: “Şaxtyor”un oyunu hansı kanalda yayımlanacaq?
Bugün, 17:32 İDMAN
-
Dövlət Agentliyində müavini təyinatı olub
Bugün, 17:16 CƏMİYYƏT
-
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR
Bugün, 17:12 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir Əməkdaşlıq Sazişini təsdiqləyib
Bugün, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev fərman imzalayıb - DƏYİŞİKLİK
Bugün, 16:49 GÜNDƏM
-
İranın milli pulu “yerlə sürünür” – Dollar elə səviyyəyə qalxdı ki…
Bugün, 16:26 İQTİSADİYYAT
-
Deputatdan etiraz: "1000 manat borca görə ölkədən çıxışa qadağaya nə ehtiyac var?”
Bugün, 16:21 SİYASƏT
-
“Temu”dan gətirilən məhsulların yoxlanışı niyə gecikir? - Gömrük rəhbəri iddialara belə cavab verdi
Bugün, 16:16 İQTİSADİYYAT
-
Flora Kərimova: "Başım gicəlləndi, yerə yıxıldım"
Bugün, 16:10 MƏDƏNİYYƏT
-
Müğənni: "Qonşu həmişə bizdən şikayət edir"
Bugün, 15:46 ŞOU-BİZNES
-
Kürün üstündəki ödənişli körpü dağıldı - VİDEO
Bugün, 15:42 CƏMİYYƏT
-
OPEC və OPEC+ dağılır? - TƏHLİL
Bugün, 15:33 İQTİSADİYYAT
-
Sabiq rəis və sektor müdirinin məhkəməsi davam edir
Bugün, 15:27 KRİMİNAL
-
AFFA iki klubu cərimələyib
Bugün, 15:08 İDMAN
-
YEZNƏ, ƏMİOĞLU, XALAOĞLU... - AAYDA-nın sabiq sədrinin qohumları "vuruldu", Agentlik yenidən təşkil edilir? (YENİLƏNİB)
Bugün, 14:59 GÜNDƏM
-
May ayında hava necə olacaq? - Proqnoz
Bugün, 14:59 GÜNDƏM
-
Azərbaycan və Maldiv adaları arasında vizasız rejim tətbiq olunub
Bugün, 14:57 GÜNDƏM
-
İsrail Livana yenə zərbələr endirib
Bugün, 14:38 DÜNYA
-
Onların baqajları gömrükdə yoxlanılmayacaq - Yeni qanun qəbul edilir
Bugün, 14:25 İQTİSADİYYAT
-
Sahil Babayev Aparat rəhbəri təyin edib - O, kimdir? + FOTO
Bugün, 14:13 GÜNDƏM
-
Ağdərəyə növbəti köç olub
Bugün, 14:12 GÜNDƏM
-
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni isə “mümkündür” deyir
Bugün, 14:01 CƏMİYYƏT
-
Meyxanaçı Elşən Xəzərdən qızı barədə xəbərə reaksiya: "Çətindirmi zəng etmək?"
Bugün, 13:47 MƏDƏNİYYƏT
-
Ceyhun Bayramov ilə Koreya XİN başçısı telefonda danışdı - Müzakirə
Bugün, 13:34 SİYASƏT
-
SAYSIZ TƏYİNATLAR, DƏYİŞMƏYƏN MÜHİT, ARTMAYAN MAAŞ VƏ ƏLƏ ALINAN MEDİA... - ADY-da növbəti dəyişiklik aparılıb
Bugün, 13:14 CƏMİYYƏT
-
ABŞ prezidenti İranın başsız qaldığını deyir: "İşləri bir türlü yoluna qoyammırlar” – “Bizimlə kim müqavilə imzalayacaq?”
Bugün, 12:58 GÜNDƏM
-
“Aysun uşaqdır..." - "Bakıda məclislərə yarım saata 4000 manata gedirik"
Bugün, 12:43 ŞOU-BİZNES
-
PUTİN İRAN-ABŞ SAVAŞINA GÜC QOYUR - Gərginlik yeni mərhələyə keçir (TƏHLİL)
Bugün, 12:39 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:31 CƏMİYYƏT
-
Vahid Ələkbərovun sahib olduğu, deputatın ərinin isə sədr olduğu “Yelo Bank”... - Və ya 48 milyondan artıq vəsait hardadır?
Bugün, 12:26 İQTİSADİYYAT
-
Qarabağa növbəti köç olub
Bugün, 12:14 GÜNDƏM
-
Avstraliyada təyyarə qəzaya uğradı – Hava limanı bağlandı
Bugün, 12:08 DÜNYA