ABŞ liderindən İrana çox sərt replika: "Vəziyyətləri daha da pisləşəcək"

ABŞ liderindən İrana çox sərt replika: \"Vəziyyətləri daha da pisləşəcək\"

GÜNDƏM

29.04.2026, 21:44

“İrana qarşı dəniz blokadası ABŞ-ın İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını aradan qalxana qədər davam edəcək”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Axios”a telefonla müsahibəsində deyib.

O bildirib ki, İranın "əvvəlcə Hörmüz boğazını açmaq və nüvə razılaşmasını sonraya saxlamaq" təklifi qəbuledilməzdir: "İranlılar razılığa gəlmək istəyirlər. Onlar mənim blokadanı davam etdirməyimi istəmirlər. Mən blokadanı qaldırmaq istəmirəm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm. Bu, İranın bombalamasından daha yaxşıdır. Onlar donuz kimi boğulurlar. Vəziyyətləri daha da pisləşəcək. İran əsla nüvə silahlarına sahib ola bilməzlər".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR