Azərbaycan nümayəndə heyəti Ermənistanda: nələr razılaşdırıldı? - FOTOLAR (YENİLƏNİB)
GÜNDƏM
29.04.2026, 18:03
Aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.
Mia.az xəbər verir ki, komissiyaların 13-cü iclası növbəti dəfə tərəflərdən birinin ərazisində - Ermənistan Respublikasında, Ağverəndə baş tutub.
Görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.
Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair aşağıdakı təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər:
- "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında Təlimat";
- "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat";
- "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında Təlimat".
Tərəflər bu təlimatların müvafiq qaydada təsdiq edilməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazisi ilə Ermənistan Respublikasına yüklərin tranziti uğurla həyata keçirilir və hazırda da davam edir.
Məmnunluqla vurğulanıb ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir.
Həmçinin tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları məsələləri müzakirə olunub.
Xüsusi olaraq qeyd edilib ki, əldə olunan nəticələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın siyasi iradəsi sayəsində mümkün olub.
Komissiyaların görüşünün yekunlarına dair müvafiq Protokol imzalanıb.
Tərəflər komissiyaların Azərbaycan Respublikasında növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.
***
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.
Mia.az xəbər verir ki, təyyarə artıq İrəvanın aeroportunda eniş edib.
Qeyd edək ki, Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İranın ABŞ-dan əsas tələbləri: “Bu, haqlı şərtlərimizdir”
Bugün, 00:26 GÜNDƏM
-
Super Liqa: yeni mövsüm nə vaxt başlayacaq?
Bugün, 00:14 İDMAN
-
DÇ-2026: İsveç yığmasının heyəti açıqlandı
Bugün, 00:10 İDMAN
-
Müğənni Rəqsanə plastik əməliyyatdan sonra... - FOTO
Bugün, 00:07 ŞOU-BİZNES
-
Rusiyanın 35 min uzaqlıqdakı hədəfi vuran "Sarmat"ı: “Bu, Qərb raketlərindən dörd dəfə güclüdür və…”
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Trampdan İrana xəbərdarlıq: "Biz oyun oynamırıq"
12.05.2026, 22:25 GÜNDƏM
-
Pentaqon İranla müharibənin ABŞ-a neçə başa gəldiyini açıqladı – Yekun məbləğ
12.05.2026, 22:02 DÜNYA
-
Tiktoker "Eliş"ə hökm oxundu
12.05.2026, 22:02 KRİMİNAL
-
Bu gün “Avroviziya”nın yarımfinalı keçiriləcək
12.05.2026, 20:30 ŞOU-BİZNES
-
Gürcüstandan ölkəmizə gətirilən heyvanlar geri qaytarıldı - Xəstəlik var?
12.05.2026, 20:20 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefonda danışdı - Nələr müzakirə edilib?
12.05.2026, 19:14 GÜNDƏM
-
“Qalatasaray”la İkardi arasında danışıqlar başlayıb – Şərtlər açıqlandı
12.05.2026, 19:09 İDMAN
-
CHP-dən istefa verən bələdiyyə sədri AK Partiyaya qatıldı
12.05.2026, 18:45 SİYASƏT
-
Rumıniya senatında Heydər Əliyevə həsr olunan konfrans... - Çıxış + FOTOLAR
12.05.2026, 18:27 SİYASƏT
-
3 nazir istefa verdi, 89 deputat çağırış elədi – Baş nazir “getməyəcəyəm” deyir
12.05.2026, 18:16 SİYASƏT
-
Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
12.05.2026, 18:05 SİYASƏT
-
Ərdoğan Qazaxıstana gedir
12.05.2026, 17:54 GÜNDƏM
-
Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi - VİDEO
12.05.2026, 17:41 İDMAN
-
Vüqar Rəhimzadə: "Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir"
12.05.2026, 17:34 SİYASƏT
-
Departament rəhbərinin yeznəsiylə icra başçısının tender sövdələşməsi...
12.05.2026, 17:28 İQTİSADİYYAT
-
Əli Əsədov yeni qərar imzalayıb
12.05.2026, 17:20 İQTİSADİYYAT
-
Taylandda yarasalarda yeni Koronavirus növü aşkarlandı
12.05.2026, 17:13 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.05.2026, 17:00 İQTİSADİYYAT
-
Cəbrayılda siqaret istehsal ediləcək
12.05.2026, 16:49 İQTİSADİYYAT
-
Polkovnik Rasim İldırım icra başçısı olmaq istəyən zərərçəkənə daha 150 min geri vermək istəyir - Məhkəmə qalmaqalı
12.05.2026, 16:32 KRİMİNAL
-
Qaz təchizatı müayinəsinin yeni forması müəyyənləşib
12.05.2026, 16:16 İQTİSADİYYAT
-
Dövlət Agentliyində yeni təyinat olub
12.05.2026, 16:03 CƏMİYYƏT
-
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə əlavə səlahiyyət verildi
12.05.2026, 15:56 İQTİSADİYYAT
-
"Real Madrid": “Arda Gülər satılmayacaq”
12.05.2026, 15:40 İDMAN
-
Mehdi Cavadov müşavir vəzifəsindən azad olunub
12.05.2026, 15:36 CƏMİYYƏT
-
İlham Əliyev WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - FOTOLAR
12.05.2026, 15:26 GÜNDƏM
-
Nazirlik: "Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur"
12.05.2026, 15:19 CƏMİYYƏT
-
Azərbaycan hərbçiləri "EFES - 2026" çoxmillətli təliminə qatılıb - VİDEO
12.05.2026, 15:14 GÜNDƏM