"Burada MSK məsələ həll edən orqan deyil ki...” - Mikayıl Rəhimov

\"Burada MSK məsələ həll edən orqan deyil ki...” - Mikayıl Rəhimov

SİYASƏT

Bugün, 16:10

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi, xüsusilə də Məzahir Pənahovun sədr seçilməsi ilə bağlı qərar sosial şəbəkələrdə müzakirəsiz ötüşməyib. MSK-da üzv sayının çoxluğu tənqid olunub, bəziləri üzvlərin ixtisar edilməsini təklif ediblər.

Mia.az xəbər verir ki, MSK-ya yenidən katib seçilən Mikayıl Rəhimov Pravda.az-a açıqlamasında kimin narazılığı varsa, parlamentə təkliflə çıxış edə biləcəyini deyib.

 O bildirib ki, MSK-nın tərkibi qanunla tənzimlənir: “Azərbaycanın Seçki Məcəlləsi var. Məcəllədə nəzərdə tutulmuş forma da budur. Komissiyanın qərarı ilə bağlı kiminsə təklifləri varsa, qərar hansısa eksperti qane etmirsə, gərək Milli Məclisə müraciət etsin, MSK-ya yox. Burada MSK məsələ həll edən orqan deyil ki...”

 Xatırladaq ki, Mikayıl Rəhimov 2011-ci ildən MSK-da katibdir.

 Onu da qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının yeni tərkibi 18 nəfərdən ibarətdir. Sosial şəbəkələrdə sədr və müavinlərin, eləcə də üzvlərin maaşı da müzakirə yaradıb. Belə ki, sədrin maaşı 12000 manat, müavininin maaşı 11000 manat, iki katibinin maaşı 10000 manat, üzvlərinin maaşı isə 9000 manatdır. MSK-nın sədri Məzahir Pənahov 2000-ci ildən bu vəzifədədir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR