Müğənni: "Qonşu həmişə bizdən şikayət edir"

Müğənni: \"Qonşu həmişə bizdən şikayət edir\"

ŞOU-BİZNES

Bugün, 15:46

Müğənni Nura Suri qonşusundan gileylənib.

Mia.az xəbər verir ki, müğənni aşağı mərtəbədə yaşayan qonşusunun onlardan həmişə şübhələndiyini bildirib.

 “Bizim blokda kim evində təmir etsə, kim mebel quraşdırsa, alt qonşu avtomatik gəlib bizdən şikayət edir. Deyir, səs sizdən gəlir. Dəfələrlə izah etmişik ki, bizdən deyil, xeyiri yoxdur. Köməkçim, hətta onu evə dəvət edib ki, gəlib öz gözləri ilə baxsın. Gəlib görüb ki, bizdə sakitlikdir, yenə də şübhə edir. Bayırda tufan qopur, yağış yağır, pəncərəsindən evinə su damır, yenə gəlir ki, sizdən bizə su axır. Gəlib baxır, öz gözləri ilə görür ki, bizdə hər yer qurudur. Deyirəm, bayırda küləkli yağışdır, pəncərənin arasından su keçir, yenə inanmır, gedir. Halbuki ildə bir dəfə pəncərələrinin rezinlərini dəyişsə, problemi olmaz. Məni düşündürən başqa şeydir. İnsan niyə hər dəfə nəsə olan kimi avtomatik bizi “problem mənbəyi” seçir? Məqsədi həqiqəti anlamaq olsaydı, indiyə qədər çoxdan anlayardı. Amma görünən odur ki, burada məsələ problemi həll etmək yox, sadəcə hər dəfə bir günahkar tapmaqdır”, - N.Suri bildirib/pravda.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR