Vahid Ələkbərovun sahib olduğu, deputatın ərinin isə sədr olduğu “Yelo Bank”... - Və ya 48 milyondan artıq vəsait hardadır?
İQTİSADİYYAT
29.04.2026, 12:26
Azərbaycanda fəaliyyət göstərən özəl banklardan daha birində - “Yelo Bank” ASC-də problemli kreditlərin həcmi kəskin artıb.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, bu ilin birinci rübünün yekununda “Yelo Bank”ın vaxtında geri qaytarılmayan kreditləri 48 milyon 752,7 min manat olub.
“Yelo Bank”da vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 4,5% olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə “Yelo Bank”ın vaxtında geri qaytarılmayan kreditləri 32 milyon 426,6 min manat olub.
Açıqlanan məlumatdan da göründüyü kimi, son bir ildə “Yelo Bank”ın problemli kreditlərinin həcmi 50% və ya 16 milyon 326,1 min manat artıb. Problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 3,4%-dən 4,5%-ə yüksəlib.
Eyni zamanda, müştərilər tərəfindən “Yelo Bank”a yerləşdirilən depozitlərin həcmi də azalıb. Belə ki, son 3 ayda həm hüquqi, həm də fiziki şəxslərin bankdakı depozitlərində azalma qeydə alınıb. Hüquqi şəxslərin “Yelo Bank”dakı depozitləri son 3 ayda 8,6% və ya 14 milyon 156,4 min manat, fiziki şəxslərin depozitləri isə son 3 ayda 2,8% və ya 30 milyon 118,8 min manat azalıb.
Qeyd edək ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. 2002-ci ildə rebrendinq edərək “Nikoil Bank” adlandırılıb.
2019-cu ildə hazırda da istifadə olunan “Yelo Bank” adına rebrendinq edilib.
2022-ci ilin mart ayınadək “Yelo Bank”ın əsas səhmdarı “Topaz İnvestment Limited” MMC olub.
Banka birbaşa nəzarət edən şəxs isə Rusiyanın “Lukoil” şirkətinin sahibi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov olub. Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Vahid Ələkbərov nəzarət etdiyi bir sıra aktivləri başqa şəxslərə təhvil verib.
2022-ci ilin mart ayından etibarən “Yelo Bank”a birbaşa nəzarət edən şəxs Marina Kulişovadır. Nizamnamə kapitalına (378 milyon manat) görə Azərbaycanın ən böyük 2-ci özəl bankı olan “Yelo Bank”ın səhmlərinin 98,94%-i Marina Kulişovaya məxsusdur.
Yeri gəlmişkən, Mia.az onu da xatırladır ki, “Yelo Bank”ın İdarə Heyətinin hazırkı sədri Anar Həsənovdur. O, bu vəzifəyə 2021-ci il yanvarın 5-də təyin olunub. Həsənov Suraxanının deputatı Sevinc Fətəliyevanın əridir.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İranın ABŞ-dan əsas tələbləri: “Bu, haqlı şərtlərimizdir”
Bugün, 00:26 GÜNDƏM
-
Super Liqa: yeni mövsüm nə vaxt başlayacaq?
Bugün, 00:14 İDMAN
-
DÇ-2026: İsveç yığmasının heyəti açıqlandı
Bugün, 00:10 İDMAN
-
Müğənni Rəqsanə plastik əməliyyatdan sonra... - FOTO
Bugün, 00:07 ŞOU-BİZNES
-
Rusiyanın 35 min uzaqlıqdakı hədəfi vuran "Sarmat"ı: “Bu, Qərb raketlərindən dörd dəfə güclüdür və…”
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Trampdan İrana xəbərdarlıq: "Biz oyun oynamırıq"
12.05.2026, 22:25 GÜNDƏM
-
Pentaqon İranla müharibənin ABŞ-a neçə başa gəldiyini açıqladı – Yekun məbləğ
12.05.2026, 22:02 DÜNYA
-
Tiktoker "Eliş"ə hökm oxundu
12.05.2026, 22:02 KRİMİNAL
-
Bu gün “Avroviziya”nın yarımfinalı keçiriləcək
12.05.2026, 20:30 ŞOU-BİZNES
-
Gürcüstandan ölkəmizə gətirilən heyvanlar geri qaytarıldı - Xəstəlik var?
12.05.2026, 20:20 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefonda danışdı - Nələr müzakirə edilib?
12.05.2026, 19:14 GÜNDƏM
-
“Qalatasaray”la İkardi arasında danışıqlar başlayıb – Şərtlər açıqlandı
12.05.2026, 19:09 İDMAN
-
CHP-dən istefa verən bələdiyyə sədri AK Partiyaya qatıldı
12.05.2026, 18:45 SİYASƏT
-
Rumıniya senatında Heydər Əliyevə həsr olunan konfrans... - Çıxış + FOTOLAR
12.05.2026, 18:27 SİYASƏT
-
3 nazir istefa verdi, 89 deputat çağırış elədi – Baş nazir “getməyəcəyəm” deyir
12.05.2026, 18:16 SİYASƏT
-
Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
12.05.2026, 18:05 SİYASƏT
-
Ərdoğan Qazaxıstana gedir
12.05.2026, 17:54 GÜNDƏM
-
Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi - VİDEO
12.05.2026, 17:41 İDMAN
-
Vüqar Rəhimzadə: "Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir"
12.05.2026, 17:34 SİYASƏT
-
Departament rəhbərinin yeznəsiylə icra başçısının tender sövdələşməsi...
12.05.2026, 17:28 İQTİSADİYYAT
-
Əli Əsədov yeni qərar imzalayıb
12.05.2026, 17:20 İQTİSADİYYAT
-
Taylandda yarasalarda yeni Koronavirus növü aşkarlandı
12.05.2026, 17:13 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.05.2026, 17:00 İQTİSADİYYAT
-
Cəbrayılda siqaret istehsal ediləcək
12.05.2026, 16:49 İQTİSADİYYAT
-
Polkovnik Rasim İldırım icra başçısı olmaq istəyən zərərçəkənə daha 150 min geri vermək istəyir - Məhkəmə qalmaqalı
12.05.2026, 16:32 KRİMİNAL
-
Qaz təchizatı müayinəsinin yeni forması müəyyənləşib
12.05.2026, 16:16 İQTİSADİYYAT
-
Dövlət Agentliyində yeni təyinat olub
12.05.2026, 16:03 CƏMİYYƏT
-
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə əlavə səlahiyyət verildi
12.05.2026, 15:56 İQTİSADİYYAT
-
"Real Madrid": “Arda Gülər satılmayacaq”
12.05.2026, 15:40 İDMAN
-
Mehdi Cavadov müşavir vəzifəsindən azad olunub
12.05.2026, 15:36 CƏMİYYƏT
-
İlham Əliyev WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - FOTOLAR
12.05.2026, 15:26 GÜNDƏM
-
Nazirlik: "Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur"
12.05.2026, 15:19 CƏMİYYƏT
-
Azərbaycan hərbçiləri "EFES - 2026" çoxmillətli təliminə qatılıb - VİDEO
12.05.2026, 15:14 GÜNDƏM