Həftəsonuna kimi dəyizkən buludlu hava olacaq

Həftəsonuna kimi dəyizkən buludlu hava olacaq

GÜNDƏM

22.12.2010, 03:28

Bakıda və Abşeron yarımadasında həftəsonuna kimi dəyişkən buludlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah səhər və axşam havanın tutqun keçəcəyi, gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11? isti, gündüz 13-15? isti olacaq. Dekabrın 24-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10? isti, gündüz 14-17? isti təşkil edəcək. Dekabrın 25-də arabir havanın tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11? isti, gündüz 15-17? isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 1-6? isti, gündüz 14-18? isti, dağlarda gecə 2? şaxtadan 3?-dək isti, gündüz 10-15? isti olacaq. Dekabrın 24-25-də hava əsasən yağmursuz, bəzi yerlərdə dumanlı olacaq. Lakin səhər və axşam Lənkəran-Astara zonasında az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-5? isti, gündüz 13-17? isti, dağlarda gecə 2? şaxtadan 3?-dək isti, gündüz 11-16? isti olacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR