insan Hüquqları və Maarifçilik ictimai Birliyi Şirvanda tədbir keçirib

insan Hüquqları və Maarifçilik ictimai Birliyi Şirvanda tədbir keçirib

CƏMİYYƏT

26.11.2010, 03:57

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Şirvanda tədbir keçirib. Birliyin MİA-ya verilən məlumata görə birliyin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Vətəndaş Cəmiyyətinin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi və bacarıqlı kadrların hazırlanmasına yardım" layihəsi çərçivəsində Şirvan şəhərində "Vətəndaş Cəmiyyətinin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsində kadrların rolu bu sektorun dayanıqlı inkişaf yollarından biridir" mövzusunda tədbir keçirilib. Dialoq formatında keçirilmiş tədbirdə Şirvanda şəhərində fəaliyyət göstərən 20-dən çox QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov layihənin mövzusu və məqsədi haqda ətraflı məlumat verib. R.Becanov öz çıxışında Vətəndaş Cəmiyyətinin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsindən danışıb və bildirib ki, QHT-lərin fəaliyyətinin artırılmasında, ictimaiyyətlə QHT-lər arasında etimadın güclənməsində bacarıqlı kadrların rolu çox böyükdür. Daha sonra Vətəndaş Cəmiyyətinin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsində kadrların rolundan danışan çıxışçılar regionlarda və bütünlükdə ölkədə fəaliyyət göstərən QHT-lərin qarşısına çıxan problemlərdən və onların həlli yollarından danışıblar. Çıxışçılar eyni zamanda mövcud problemlərlə yanaşı son illər ölkəmizdə QHT sektorunda inkişafa doğru əhəmiyyətli dəyişiklik baş verdiyi bildirilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR