AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb

AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb

CƏMİYYƏT

Bugün, 16:28

ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tikinti idarəsinin rəisi Orxan İmanlının təkcə xidmətdəki tenderlərdə deyil, yaxın qohumlarının vəzifələrdə yüksəlməsində də rolu az deyil.

Bu barədə Mia.az-a daxil olan məlumatda deyilir ki, tender sahəsi üzrə qurumun "xaç atası" sayılan Orxan İmanlının Şirvan sukanal idarəsinin rəisi olan bibisi oğlu Fərhad Hüseynov İdarəni şəxsi obyekti kimi idarə edir:
"İş o yerə çatıb k, qaziləri və vətən müharibəsi iştirakçılarını işdən səbəbsiz yerə çıxardıb idarəyə səriştəsiz, iş bilməyən şəxsləri yığırlar. Bilirsiniz bu Fərhadın buradakı sağ əli də kimdir? Cəmi 5-6 ay ərzində su idarəsində şöbə rəisi postuna sahiblənən və özünü əhaliyə Piriyev kimi tanıdan bu Ramil qeydiyyatı olmayan, amma sudan istifadə edən evlərin sahibləriylə necə "yola" gedir?
Şirvan şəhərində yüzlərlə belə ünvan var. Niyə ADESA rəhbərliyi - ta Zaur Mikayılovdan tutmuş,  xidmət rəisi vəzifəsinin icraçısı Tahir Xəlilov bu cür əsaslı iddiaların araşdırılmasına göstəriş vermirlər? Sayğac qeydiyyatı olmayan evlərə su verilirmi? Verilirsə, hanı o yığılan pullar?
Əhalini suyun kəsilməsi ilə qorxudan və hər ay 10 min maaş alan idarə rəisi Fərhad Hüseynov niyə camaatın qanını içir?! Kimdir axı bu Fərhad?".
Yeri gəlmişkən, Fərhadın arxayın olduğu Orxan İmanlının Hacıqabulda restoran tikdirdiyi haqda az əvvəl saytımızda məlumat yaymışdıq.
Həmin məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
Əhməd
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR