Naxçıvan Şəhər İcra Hakimiyyətində rüsvayçılıq: işçi qəbula gələn qadının nömrəsini götürdü, daha sonra isə... - Xəbər rəsmən təsdiqləndi

Naxçıvan Şəhər İcra Hakimiyyətində rüsvayçılıq: işçi qəbula gələn qadının nömrəsini götürdü, daha sonra isə... - Xəbər rəsmən təsdiqləndi

CƏMİYYƏT

Bugün, 17:42

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı ilə bağlı qadın vətəndaşın şikayəti əsasında araşdırma aparılıb.

Mia.az ANZ.AZ-a istinadla xəbər verir ki, redaksiyaya daxil olan məlumata görə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Emin Zakirov (ad şərtidir) şəhər icra hakimiyyəti başçısının vətəndaş qəbulu zamanı müraciət edən qadının telefon nömrəsini əldə edərək sonradan ona qeyri-etik məzmunlu mesajlar göndərib və uyğunsuz təkliflər edib.

Redaksiyaya daxil olan məlumatda həmin əməkdaşın baş verən hadisə ilə əlaqədar işdən azad edildiyi də bildirilirdi.

İcra Hakimiyyətindən sorğuya cavabda vətəndaş müraciəti əsasında araşdırma aparıldığı və qanunvericiliyə uyğun tədbir görüldüyü təsdiqlənib.

Rəsmi cavabda bildirilir:

“Qeyd olunan məsələ ilə bağlı daxil olmuş vətəndaş müraciətinə aidiyyəti üzrə baxılaraq göstərilən məsələnin aydınlaşdırılması məqsədilə müvafiq qaydada araşdırma aparılmış və qanunvericiliyin tələblərinə uyğun tədbir görülmüşdür”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR