Mətbuat Şurasının sədr müavinləri, icraçı katibi seçidi
PRESS
Bugün, 21:03
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin ilk iclası keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Şuaradan Mia.az-a bildirilib ki, sədr V.Zifəroğlu İH-nin yeni tərkibinin qarşısında bir sıra mühüm vəzifələrin icrasının dayandığını bildirib.
O deyib ki, Mətbuat Şurası postsovet məkanında medianın ilk özünütənzimləmə strukturu kimi böyük yol keçib, fəaliyyəti ilə cəmiyyətdə nüfuz qazanıb və təşkilat gələcəkdə də media ictimaiyyətinin gözləntilərini doğrultmaq istiqamətində səylə çalışmalıdır. V.Zifəroğlu buna əmin olduğunu bildirməklə yanaşı, Şuranın işinin müasir dövrün çağırışlarına adekvat qurulmasının zəruriliyi üzərində dayanıb.
MŞ sədri onu da bildirib ki, Prezident İlham Əliyev çıxışlarında müasir dünyanın informasiya mühitindəki neqativ hallara diqqət çəkir. Dövlətimizin başçısının fikirləri həm yüksək maarifləndirici xarakterlidir, həm də mükəmməl yol xəritəsi mahiyyəti daşıyır. Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi mövcud məqamı əsas götürməli, ölkəmizin liderinin müəyyənləşdirdiyi strategiyaya əməli dəstək göstərməli, jurnalist peşəkarlığına dair beynəlxalq standartları ciddi şəkildə nəzərdən keçirərək, onların tətbiqi imkanlarını araşdırmalıdır. Mühüm vəzifələrdən biri də ölkəmizdə sağlam media mühitinin qərarlaşmasına layiqli töhfə verməkdir.
V.Zifəroğlu eyni zamanda vurğulayıb ki, MŞ İdarə Heyəti üzvlərinin Azərbaycana qarşı qlobal informasiya məkanındakı ənənəvi destruktiv meyillərə münasibətdə də prinsipial mövqe tutmaları, çevik davranaraq, mövcud istiqamətdə əvvəlki illərin təcrübəsini daha dinamik tərzdə dolğunlaşdırmaları vacibdir. O, bunun üçün bütün mümkün vasitələrdən istifadə ediləcəyini dilə gətirib.
MŞ sədri iclasın gündəliyindəki bütün məsələlərin Şuranın funksionallığını artırmaq məramından qaynaqlandığını bildirib və buna görə ilk növbədə qurumun sədr müavinlərinin müəyyənləşdirilməli olduğuna diqqət çəkib.
Müzakirələrdən sonra İH üzvlərindən Müşfiq Ələsgərli və Elmira Musazadə bu vəzifəyə seçiliblər.
Gündəlikdəki ikinci məsələ - MŞ-nin komissiyalarının formalaşdırılması xüsusunda bildirilib ki, Şuranın başlıca missiyası media ilə bağlı şikayətlərin araşdırılmasıdır. Qurumun Nizamnaməsinə görə, MŞ sədrinin müavinləri növbəlilik əsasında – 2 il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edirlər.
Birinci müddətə rəhbərlik sədr müavini M.Ələsgərliyə həvalə olunub.
İclasda MŞ-nin digər komissiyalarının sədrləri müəyyənləşdirildi və qərara alınıb ki, onlar Şuranın növbəti iclasınadək rəhbəri olduqları qurumların fəaliyyət proqramları və tərkibləri ilə bağlı təklifləri Şuranın Katibliyinə təqdim etsinlər. Toplantıda o da bildirilib ki, komissiyaların intensivliyini artırmaq üçün onların işinə İH üzvləri ilə yanaşı, müvafiq sahə ekspertlərinin və mütəxəssislərin də cəlb edilmələri ümumi işə fayda verəcək.
İH-nin iclasında Şura sədri V.Zifəroğlunun təqdimatı əsasında MŞ-nin icraçı katibi də təsdiqlənib. Bu vəzifəyə Əvəz Rüstəmovun namizədliyi məqbul qiymətləndirilib.
MŞ İdarə Heyətinin üzvü Əminə Yusifqızı Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mətbuat Şurasının sədr müavinləri, icraçı katibi seçidi
Bugün, 21:03 PRESS
-
"Liverpul"u devirən "Fənərbaxça" nə qədər qazandı?
Bugün, 20:08 İDMAN
-
Başqasının torpağında tikilən ev: hüquqi taleyi necə həll olunur? - EKSPERTDƏN İZAHAT
Bugün, 19:45 CƏMİYYƏT
-
"Amedspor" "Qalatasaray"la oyuna ciddi hazırlaşır: "Bu oyun, şübhəsiz ki, liderlik baxımından böyük oyun olacaq"
Bugün, 19:41 İDMAN
-
Tramp çağırışları geri çevirdi: "Müdafiə naziri vəzifədə qalacaq"
Bugün, 19:32 DÜNYA
-
Türkiyə və İran XİN başçıları müzakirə aparıb - Telefonda
Bugün, 19:24 GÜNDƏM
-
39 cinayəti vardı, həbsxanadan iznə buraxıldı və...
Bugün, 19:14 KRİMİNAL
-
İsrail hərbçiləri 30 fələstinlini həbs edib
Bugün, 19:02 DÜNYA
-
Özbəkistan Prezidenti İlham Əliyevə məktub göndərdi: "Sizin müdrik və ardıcıl siyasətiniz, yüksək rəhbərlik məharətiniz və..."
Bugün, 18:37 GÜNDƏM
-
Onlara da məcburi köçkün statusu veriləcək
Bugün, 18:07 GÜNDƏM
-
Prezident televiziya və radio işçilərini təltif etdi - SİYAHI
Bugün, 18:00 PRESS
-
Vilayət Eyvazov polis olmaq istəyən 179 nəfəri seçim turunun növbəti mərhələsinə buraxdı - VİDEO
Bugün, 17:58 CƏMİYYƏT
-
Prezident Fərman imzaladı - Zəngilan və Qubadlı ərazilərində yeni qurum yaradıldı
Bugün, 15:49 GÜNDƏM
-
Samir Yəhyazadə məhkəmə zalında yenidən həbs edilib
Bugün, 14:40 KRİMİNAL
-
"Həbsxana mənim yaralı yerimdir" - "Bu gün elə olur ki, mən qızıma zəng etməyə utanıram"
Bugün, 14:29 ŞOU-BİZNES
-
Deputat: "Müavinət ödənişlərində gələn il kəskin artımlar olacaq"
Bugün, 14:20 İQTİSADİYYAT
-
Hörmüz boğazında daha iki neft tanker və bir yedək gəmisi minaya düşüb
Bugün, 14:09 DÜNYA
-
GƏLƏN İL PENSİYA BU QƏDƏR ARTACAQ - Deputat Milli Məclisdə məbləği açıqladı
Bugün, 13:48 İQTİSADİYYAT
-
Tibbi sığorta xərcləri ilə bağlı qanun dəyişir
Bugün, 13:17 CƏMİYYƏT
-
ƏRDOĞAN AZƏRBAYCANA GƏLİR: "Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur" (YENİLƏNİB)
Bugün, 13:11 GÜNDƏM
-
500 dollarlıq eynəklə ifadəyə yollanan sabiq nazir jurnalistlərin sualları cavablandırmaqdan yayınıb - FOTO
Bugün, 12:59 SİYASƏT
-
TAKSİ SÜRÜCÜLƏRİ VERGİYƏ CƏLB OLUNUR
Bugün, 12:59 İQTİSADİYYAT
-
Vüqar Rəhimzadə: Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır
Bugün, 12:52 SİYASƏT
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək - DETALLAR
Bugün, 12:43 İQTİSADİYYAT
-
22 % vergi, oyunçuların isə... - Lotereya və mərc operatorları ilə bağlı dəyşiklik
Bugün, 12:36 İQTİSADİYYAT
-
DTX-dən Biləsuvarda əməliyyat: dron vasitəsilə...
Bugün, 12:25 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:18 CƏMİYYƏT
-
AFFA-nın yeni sözçüsü bəlli olub
Bugün, 11:48 PRESS
-
Məşhur müğənni "coşdu": "Gözünüzə girsin!" - FOTO
Bugün, 10:41 ŞOU-BİZNES
-
Nərimanov Tibb Mərkəzinin keçmiş direktoru yeni vəzifəyə təyinat alıb
Bugün, 10:30 CƏMİYYƏT
-
Türkiyədə iki bölgədə zəlzələ olub
Bugün, 10:22 GÜNDƏM
-
Futbol tarixində rastlanmayan oyun... - Hakim 53 nəfərə qırmızı vərəqə çıxardı
Bugün, 10:18 İDMAN
-
ABŞ-da helikopter dənizə düşdü - Ölən və yaralananlar var
Bugün, 10:11 DÜNYA
-
Azərbaycan nefti kəskin ucuzlaşdı - Daha 7 dollara yaxın eniş var
Bugün, 10:07 İQTİSADİYYAT