Donald Tramp məğlubiyyəti etiraf etdi, silahdaşlarını günahlandırdı: "Demokratlarla birgə işləməyi səbirsizliklə gözləyirəm" - ABŞ liderini qarşıda çətin mərhələ gözləyir

Donald Tramp məğlubiyyəti etiraf etdi, silahdaşlarını günahlandırdı: \"Demokratlarla birgə işləməyi səbirsizliklə gözləyirəm\" - ABŞ liderini qarşıda çətin mərhələ gözləyir

GÜNDƏM

Bugün, 09:20

ABŞ-da Konres və Nümayəndələr Palatasına keçirilən seçkilərdə rəqib partiyaya (Demokratlar) uduzmaqla, gələcək siyasət və beynəlxalq qərarlaırnda ciddi sıxıntılarla qarşılaşacağı şəksiz olan Prezident  Donald Tramp ilkin nəticələrinin elanından sonra ilk açıqlamasını verib.

Mia.az xarici mətbuata istiandla xəbər verir ki, Donald Tramp "seçki gecəsi"ni iştirak etmədiyi bir proses kimi təsvir edərək, "Əgər mən bu seçkidə olsaydıə, əzici bir qələbə qazanardıq" deyə özünü tərifləyib: "Əgər seçki bülletenində adım olsaydı, hər şey çox fərqli olardı. Və biz böyük qələbə qazanardıq".

ABŞ mediası yazır ki, Donald Tramp tərəfindən Konqres üzvlüyünə şəxsən namizədliyinə israr edilmiş şəxslərin çoxu  seçkilərdə qalib gələ bilməyib: "Maraqlı budur ki, Tramp və yaxın ətrafı buna görə, prezidenti deyil, namizədləri günahlandırdılar. Onlar namizədlərin təbliğata yetərli güc sərf etmədiklərini iddia edirlər".

ABŞ Prezidenti Tramp isə bu barədə suala cavabdan imtina edib.

O, "New York Times" qəzetinə verdiyi açıqlamada yalnız seçki nəticələrini qəbul etdiyini bildirib: "Bu nəticələri qəbul etməyə tam hazıram. Demokratlarla əməkdaşlığa və birgə işləməyi səbirsizliklə gözləyirəm. Yəqin ki, birlikdə işləmək üçün bir həll yolu tapacağıq".

Xatırladaq ki, Konqresdəki 100 yerdən 51-ni qazanan Demokartlar bundan sonra Trampın qərarlarını cilovlamaq imkanına sahiblənəcəklər.

İşin maraql tərəflərindən biri d budur ki, demokratlar  Nümayəndələr Palatasında da 103 yer qazanıblar. Bununla da 61 yer qazanan Respublikaçılara burada da böyük məğlubiyyət yaşadıblar.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR