İran prezidenti: "Gərəkirsə, öz otağımdakı elektrik enerjisini də kəsərəm"

İran prezidenti: \"Gərəkirsə, öz otağımdakı elektrik enerjisini də kəsərəm\"

DÜNYA

Bugün, 00:20

"Ölkədə istehsal çarxının axsamaması üçün gərəkirsə, xidməti otağımdakı elektrik enerjisini də kəsərəm".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Tehranda verdiyi açıqlamada deyib.

O, iranın üzləşdiyi iqtisadi böhran və bundan qaynaqlanan enerji sıxıntılarından söz açaraq bildirib ki, istehsa gücünü saxlamaq üşün tələb olunan enerjiyə qənaət mütləqdir: "Ölkədə istehsal sahələri heç bir halda dayana bilməz. Dövlət və dövlətin nümayəndələri, xalq olaraq hamımız bu məsələdə bir olmalı və vahid davranmalıyıq. Elektrik enerjimizin, qazımızın və suyunuzun kəsilməməsi və istehsalın davamlığı üçün, təkrar edirəm,  otağımdakı elektrik enerjisini kəsər, soyuqda belə oturaram! Ancaq istehsalın zəifləməsinə imkan verməyəcəyəm."

Xatırladaq ki, İranda son aylar saatlarla elektrik kəsintiləri adiləşib. Bunun əsas səbəbi isə ABŞ-ın blokadası üzündən istilik elektrik stansiyalarının kifayət qədər yanacaqla təmin olunmamasıdır. 

Onu da bildirək ki, paytaxt Tehranda elektrik enerjisi də tez-tez kəsilir.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR