Türkiyənin 4 böyük klubu rus futbolçunu heyətinə qatmaq üçün yarışır 

Türkiyənin 4 böyük klubu rus futbolçunu heyətinə qatmaq üçün yarışır 

İDMAN

Bugün, 11:27

Rusiyanın "CSKA Moskva" komandasında oynayan 21 yaşlı rusiyalı yarımmüdafiəçi Matvey Kislyak Türkiyənin 4 böyük klubunun "radar"ına düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə futbolçunun meneceri Aleksandr Manyakov açıqlama verib.

O etiraf edib ki, 21 yaşlı futbolçunu "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor" heyətinə qatmağa çalışır: "Biz bu klubların hamısı ilə təmas halındayıq. Danışıqlar gedir. Futbolçunun hazırkı klubuyla daha iki illik müqaviləsi olsa da, "ÇSKA Moskva" rəhbərliyi onun Avropada oynamaq xəyalına qarşı deyil. Ona görə də qış transfer müddətinə qədər daha əlverişli təklifləri dəyərləndirəcəyik".

Aleksandr Manyakov bildirib ki, futbolçunun bazar qiyməti 25 milyon avro civarındadır.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR