AFFA BU KLUBLARI CƏZALANDIRDI

AFFA BU KLUBLARI CƏZALANDIRDI

İDMAN

Bugün, 16:03

Misli Premyer Liqasının IX turunun "Sabah" – "Qarabağ" matçında baş verən qayda pozuntularına görə Ağdam klubu cəzalandırılıb.

Mia.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Oyun zamanı "Qarabağ" azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığı üçün "Qarabağ" klubu 6 000 manat cərimə olunub.

Bundan başqa, görüş zamanı "Qarabağ" fanatları stadionda 27 ədəd skamya sındırıblar. Bu səbəbdən stadiona dəymiş zərərin Ağdam təmsilçisi tərəfindən qarşılanması haqqında qərar çıxarılııb.

Bundan başqa, "Neftçi"nin futbolçusu İqor Ribeyro iki oyunluq cəzalanıb. O,  "Turan Tovuz"la oyunda birbaşa qırmızı vərəqə alıb deyə "Neftçi" 1000 manat cərimə olunuub.

Bundan əlavə, "Araz-Naxçıvan" 700 manat cərimələnib. Naxçıvan təmsilçisi "Qəbələ" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün ziyana düşüb. "Qəbələ"dən isə 5 nəfər sarı vərəqə aldığı üçün eyni məbləğ ödəniləcək.

"Şamaxı"nın 5 oyunçusu "İmişli" ilə qarşılaşmada sarı vərəqə aldığından klub 700 manat ziyana düşüb.

Bundan əlavə, "Şəfa" klubuna 1500 manat cərimə tətbiq edilib. "Kəpəz"lə oyunda matçın ilkin protokolunun elektron sistemdə gec təsdiq edilməsi buna səbəb olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR