Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

MƏDƏNİYYƏT

Bugün, 18:56

Xalq artisti Zaur Rzayev vəfat edib.

Mia.az xəbər verir ki, 74 yaşlı Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.

Xatırladaq ki, Z.Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmirdə anadan olub.

Orta təhsilini başa vurduqdan sonra Bakı Kitabxanaçılıq Texnikumunda və Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb.

Daha sonra Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsində təhsilini davam etdirib.

Müxtəlif illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblında solist və bədii rəhbər kimi fəaliyyət göstərib.

1998-ci ildə Azərbaycanın Əməkdar artisti, 2003-cü ildə Azərbaycanın Xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR