Bir vaxtlar tənqid etdiyi futbolçular zənginə cavab vermir - Sergen Yalçın çıxılmaz vəziyyətə düşüb

Bir vaxtlar tənqid etdiyi futbolçular zənginə cavab vermir - Sergen Yalçın çıxılmaz vəziyyətə düşüb

İDMAN

Bugün, 17:33

Vinçenzo Montelladan sonra Türkiyə yığmaslnın baş məqşçisi təyin olunan Sergen Yalçın çıxılmaz vəziyyətə düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, komandannın ulduz futbolçuları vaxtilə şərhçi kimi onları efirdən aşağılayıcı tərzdə tənqid edən Sergen Yalçına günlərdir zənginə cavab vermirlər.

Bu barədə yerli mətbuata danışan jurnalist Sercan Hamzaoğlu iddia edib ki, komandanın əvəzolunmaz  futboolçularındna olan bir neçəsi ilə təmas qurmağa çalışan Yalçın hələ də buna nail ola bilməyib: "Şahidəm ki, Sergenin zənglərinə bilərəkdən cavab vermirlər. Hətta bir futbolçu "TV-lərdə  məni belə təhqir edən adam mənim məşqçim ola bilməz" deyərək yığmadan imtina etmək niyyətindədir"

Məlumatda deyilir ki, Sergen Yalçının son bir ildə aşağıladığı futbolçuların arasında  Barış Alper Yılmaz, Kenan Yıldız, Arda Gülər, Hakan Çalhanoğlu və Ferdi Kadıoğlunun da adları var.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR