Nazir Vilayət Eyvazov rəisləri topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
GÜNDƏM
Bugün, 15:42
Daxili İşlər Nazirliyində (DİN) oktyabrın 29-da 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Mia.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iclası giriş sözü ilə açaraq cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətin digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə cari ilin ötən dövründə də məqsədyönlü şəkildə davam etdirildiyini bildirib.
Qeyd olunub ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 22 804 cinayətin 90,5 faizinin açılması təmin olunub.
Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 93,7 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 5,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər, qeyri-aşkar şəraitdə baş verənlər, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa ağır və az ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, onlardan oğurluqlar, dələduzluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, avtonəqliyyat vasitəsinin qaçırılması, habelə xuliqanlıqlar, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər, odlu silahın tətbiqi ilə və qrup halında baş verən hüquqazidd əməllərin sayı azalıb.
Qeyri-aşkar şəraitdə törədilənlərin, eləcə də ağır və xüsusilə ağır cinayətlərin, əzab vermələrin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, dələduzluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmələrin, cibgirliklərin açılması tam təmin olunub.
Keçmiş illərdən bağlı qalmış 294 cinayət açılıb və axtarışa elan edilmiş şəxslərin 87,2 faizi tutulub. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 402 nəfərdən ibarət 146 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87 faizi açılıb, dəymiş maddi ziyanın 85 faizi ödətdirilib.
Qanunsuz dövriyyədən 6 ton 443 kiloqram, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 1 ton 780 kiloqram çox narkotik vasitə çıxarılıb.
Yol-nəqliyyat hadisələrinin sayı 67 fakt, qəzalarda ölənlərin sayı 7 nəfər və xəsarət alanların sayı 117 nəfər azalıb.
Gündəlikdəki məsələlər barədə nazirliyin aidiyyəti baş idarələrinin rəisləri həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr, yol verilmiş nöqsanların aradan qaldırılması üzrə görülmüş işlər barədə məruzə edib, eyni zamanda məruzəətrafı çıxışlar dinlənilib.
V.Eyvazov kollegiya iclasına yekun vuraraq xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, fəaliyyətin effektivliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən edib.
Nazir cinayətkarlığın bütün təzahürlərinə, xüsusilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayıb, bu sahədə əməliyyat-axtarış tədbirlərinin, internet informasiya resursları vasitəsilə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətin səmərəliliyinin artırılması, qanunsuz dövriyyə kanallarının vaxtında zərərsizləşdirilməsi və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Polis orqanlarının istintaq və təhqiqat qurumlarında fəaliyyətin təşkili məsələlərinə də toxunan nazir cinayət işlərinin hərtərəfli, obyektiv və qanunvericiliyin tələblərinə uyğun araşdırılmasının, prosessual müddətlərə ciddi riayət olunmasının, vətəndaş müraciətlərinə həssas yanaşılmasının və ibtidai araşdırmanın keyfiyyətinin yüksəldilməsinin zəruriliyini diqqətə çatdırıb. Hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulayıb və aidiyyəti üzrə konkret tapşırıqlar verib.
Müasir texnologiyaların tətbiqinin və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsinin fəaliyyətin səmərəliliyin artırılmasında, operativliyin təmin edilməsində və xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirən nazir informasiya sistemlərinin imkanlarından səmərəli istifadənin, idarəetmə proseslərinin təkmilləşdirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
İlin başa çatmasına az müddət qaldığını diqqətə çatdıran general-polkovnik əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini, şəxsi heyətin peşəkarlığının yüksəldilməsini, icra intizamının gücləndirilməsini, müasir texnologiyaların fəaliyyətdə daha geniş tətbiqi üçün təşəbbüskarlığın artırılmasını, bütün qüvvə və imkanların qarşıda duran vəzifələrin yerinə yetirilməsinə səfərbər olunmasını tələb edib, eləcə də bu və digər istiqamətlər üzrə konkret tapşırıqlar verib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ceyranbatanda şagirdlər kütləvi zəhərlənib
Bugün, 16:50 CƏMİYYƏT
-
REAL TV-nin ƏMƏKDAŞINI DÖYƏN 3 NƏFƏR TUTULUB
Bugün, 16:29 GÜNDƏM
-
Ərdoğan Mirziyoyevlə görüşdü - Ankarada
Bugün, 16:17 GÜNDƏM
-
Azərbaycanı TDT-nin Zirvə görüşündə XİN başçısı təmsil edəcək
Bugün, 16:07 GÜNDƏM
-
"TRAMPI CİLOVLAMALIYIQ, YOXSA..." - Obama seçki mitinqinə qatıldı, hazırkı hökumət üzvlərini qeyri-ciddi saydı, mühüm mesajlar verdi
Bugün, 15:55 GÜNDƏM
-
Nazir Vilayət Eyvazov rəisləri topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
Bugün, 15:42 GÜNDƏM
-
Avropa Mərkəzi Bankının prezidenti istefa verdi - Yerinə iki namizəd var
Bugün, 15:36 İQTİSADİYYAT
-
Əli Əsədov Gürcüstana işgüzar səfərə gedib
Bugün, 15:09 GÜNDƏM
-
Azərbaycan Ukraynaya humanitar yardım göndərib
Bugün, 15:02 GÜNDƏM
-
"O, gedərsə, gələrəm" - Məşqçi "Fənərbaxça"ya şərt qoydu
Bugün, 14:54 İDMAN
-
Kartdan-karta köçürmələrdə niyə limit qoyulub? - Mərkəzi Bankın sədri səbəbi açıqladı
Bugün, 14:34 İQTİSADİYYAT
-
Özünü təmizə çıxarmaq cəhdi.. - Mirşahin "Azərbaycan müəllimi”nə cavab yazdı
Bugün, 14:19 YAZARLAR
-
Ceyhun Bayramov Hakan Fidanla görüşüb - Ankarada + FOTO (YENİLƏNİB)
Bugün, 14:15 SİYASƏT
-
"Korkut Ata" Türk Dünyası Film Festivalı - Azərbaycan üç filmlə təmsil olunacaq
Bugün, 14:07 MƏDƏNİYYƏT
-
REAL TV ilə Bakı Təhsil İdarəsi arasında gərginlik böyüyür
Bugün, 13:49 CƏMİYYƏT
-
Mətbuat Şurası: "Jurnalistlərə fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir"
Bugün, 13:20 PRESS
-
Seçkini uduzan müxalifət lideri iki dövlətin gizli dəstəyi ilə ABŞ-a qaçdı - Özü haqda təqdimat yazdı, sonra sildi, daha sonra fərqli paylaşdı
Bugün, 12:43 SİYASƏT
-
Nə Montella, nə Kocaman, nə də Avcı... - Əziz Yıldırım onu "Fənərbaxça"nın başına gətirmək istəyir
Bugün, 12:43 İDMAN
-
Sabah yüksək dağlıq ərazilərdə qar yağacaq
Bugün, 12:30 CƏMİYYƏT
-
Ceyhun Bayramov Ankarada: "2027-ci il üçün Yol Xəritəsinin qəbul edilməsi..."
Bugün, 12:15 SİYASƏT
-
Partiya sədri canlı yayımda bəyan etdi: "Özümü yandıracağam"
Bugün, 12:13 SİYASƏT
-
Məmurlara xidməti maşından şəxsi maraqlar üçün istifadə qadağan olunur
Bugün, 12:10 GÜNDƏM
-
Professor Adilə Abbasova vəfat edib
Bugün, 12:02 CƏMİYYƏT
-
Vəzifəli şəxslərlə bağlı yeni qanun: kənar fəaliyyətlə məşğul olma və...
Bugün, 11:54 GÜNDƏM
-
Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur, danışmaq da istəmirəm"
Bugün, 11:39 SİYASƏT
-
"Bakı Şəhər Təhsil İdarəsi jurnalistlərə xəbər hazırlamağı öyrədir, amma.."
Bugün, 11:36 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub döndərdi: "Əziz qardaşım..." - MƏTN
Bugün, 11:26 GÜNDƏM
-
"AzerGold” QSC-də yeni təyinatları olub
Bugün, 11:12 CƏMİYYƏT
-
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard artıb
Bugün, 11:04 İQTİSADİYYAT
-
"Təhsildən xəbərsiz Emin Əmrullayev və onun dağıdıcı komandası..." - Sabiq deputatdan açıqlama
Bugün, 10:49 CƏMİYYƏT
-
OMBUDSMAN DƏYİŞƏCƏK, YOXSA.. - Deputatlar kimə "hə" deyəcək?
Bugün, 10:16 SİYASƏT
-
Səhiyyə Nazirliyinin mətbuat katibi bəlli oldu - Yeni nazirdən daha bir dəyişiklik (FOTO)
Bugün, 10:08 PRESS
-
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Bugün, 10:04 İQTİSADİYYAT
-
Türkiyədə sərnişin avtobusu ilə yük maşını ilə toqquşub - "15 nəfər xəsarət alıb"
Bugün, 09:58 KRİMİNAL