Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb -FOTOLAR
MƏDƏNİYYƏT
29.10.2026, 22:42
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində şəxsi kolleksiyalardan seçilmiş, 1950-ci illərdən bu günə qədər Azərbaycan incəsənətini əhatə edən "ENQRAM" sərgisi açılıb.
Mia.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak edib, sərgi ilə tanış olublar.
Aida Mahmudova və Fərəh Ələkbərlinin kuratorluğu ilə hazırlanan sərgi XX əsr Azərbaycan mədəniyyətini formalaşdırmış və bu gün də ölkənin təsviri sənətinə təsirini davam etdirən bədii və mədəni dəyişikliklərin maddi izlərini bir araya gətirib.
"ENQRAM" yaşanmış təcrübənin yaddaşda qorunub saxlanılmasını təmin edən fiziki izdir. Sərgi bu anlayışdan çıxış edərək, rəngkarlığı fərdi qavrayışın və tarixi təcrübənin maddi forma aldığı məkan kimi təqdim edir.
Azərbaycan incəsənətinin keçid mərhələləri formal həllər vasitəsilə üzə çıxır və irsən ötürülən vizual dillərin necə qorunduğunu, sınağa çəkildiyini və transformasiyaya uğradığını göstərir.
Kolleksiya toplamaq da yaddaşın qorunub saxlanması prosesinin bir hissəsidir. Hər kolleksiya şəxsi bağlılıqlar və seçimlər əsasında yaranır, incəsənət nümunələrinin bədii əhəmiyyətinə dair özünəməxsus təsəvvürü əks etdirir. Əsərləri vahid ekspozisiyada cəmləşdirən "ENQRAM" fərdi baxışları dialoq müstəvisinə çıxarır. Sərgi əsərin öz dövrünün yaddaşının daşıyıcısına çevrilməsi və onunla hər qarşılaşmanın bu yaddaşı necə dəyişdirdiyi barədə düşünməyə dəvət edir.
Ekspozisiyada Aida Mahmudova, Altay Sadıqzadə, Əbdül Xalıq, Əşrəf Murad, Cavad Mircavadov, Fərhad Xəlilov, Gennadi Brijatyuk, Hüseyn Haqverdiyev, Kamal Əhməd, Mahmud Rüstəmov, Mahmud Tağıyev, Mikayıl Abdullayev, Müseyib Əmirov, Niyaz Nəcəfov, Qorxmaz Əfəndiyev, Rasim Babayev, Rəşad Babayev, Səttar Bəhlulzadə, Tahir Salahov, Tağı Tağıyev, Tofiq Cavadov, Toğrul Nərimanbəyov və Ucal Haqverdiyevin rəngkarlıq ,qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur.
Sərgi çərçivəsində AISEL-in "SUBLIMINALS Manifestasiya Təcrübəsi" adlı musiqi performansı təqdim olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ərdoğanın lideri olduğu AKP-dəki daha bir müavininin adı "Fond dələduzluğu"nda hallanır - Oğlunun şirkətinə "əl qoyulub"
Bugün, 00:48 SİYASƏT
-
Məşqçi 20 ilə yaxın işlədiyi "Fənərbaxça"dan ayrıldı
Bugün, 00:25 İDMAN
-
Mbappeni təhqir edən azarkeşə 11 ay həbs cəzası verildi
Bugün, 00:09 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
İran Parlamentinin sədrindən ABŞ mediasının "çirkli bomba" xəbərinə - Sərt reaksiya
17.11.2026, 22:29 DÜNYA
-
Bakıda qardaş bacısını öldürüb
17.11.2026, 19:53 KRİMİNAL
-
Vanda zəlzələ olub
17.11.2026, 19:15 GÜNDƏM
-
“Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin”... - Hansı şadlıq evləri qonaqları aldadıb? + Rəsmi siyahı
17.11.2026, 18:23 CƏMİYYƏT
-
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
17.11.2026, 18:12 GÜNDƏM
-
Braziliya yığması rəqibə aman vermədi - 7:0
17.11.2026, 18:04 İDMAN
-
Prezident Almaniyanın XİN rəhbərini qəbul edib - Nələr müzakirə olunub? - VİDEO, FOTO
17.11.2026, 17:48 GÜNDƏM
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTOLAR
17.11.2026, 17:47 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO
17.11.2026, 17:35 GÜNDƏM
-
Əmrə Belözoğlu: "Qol atmaq fikrindən qaç, ötürməyə diqqət elə"
17.11.2026, 17:23 İDMAN
-
"Fənərbağça" 33 yaşlı futbolçu ilə yollarını ayıracaq - İlə 4.2 milyon avro sabit maaş alır
17.11.2026, 17:09 İDMAN
-
Prezident Özbəkistanla əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
17.11.2026, 17:05 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
17.11.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi: yeni qanunda nə deyilir?
17.11.2026, 16:48 İQTİSADİYYAT
-
Serbiyada döyüş təyyarəsi qəzaya uğradı - Pilot həlak oldu
17.11.2026, 16:43 DÜNYA
-
Praqada sərnişin qatarları toqquşub: 4 nəfər ölüb, 46 nəfər xəsarət alıb
17.11.2026, 16:40 DÜNYA
-
Aİ "Temu"nu cəzalandırmağa hazırlaşır
17.11.2026, 16:28 İQTİSADİYYAT
-
Gələn ilin yaşayış minimumu və ehtiyac meyarı müəyəynləşdi
17.11.2026, 16:20 İQTİSADİYYAT
-
DSMF-nin gələnilki büdcəsi I oxunuşda qəbul olunub
17.11.2026, 16:15 İQTİSADİYYAT
-
"İpək Yolu Sığorta" ASC-nin lisenziyası məhdudlaşdırılıb
17.11.2026, 16:09 İQTİSADİYYAT
-
İcbari tibbi sığortada vahid elektron reyestr yaradılacaq
17.11.2026, 16:01 GÜNDƏM
-
Prezident kommersiya aviasiya ekipajlarının iş və istirahət rejiminin tənzimlənməsini təsdiqləyib
17.11.2026, 15:49 GÜNDƏM
-
İcra başçısının müavini nazirin qəbuluna niyə gedib? - Maraqlı xəbər yayıldı + FOTO
17.11.2026, 15:13 CƏMİYYƏT
-
Neftçalada quldurluq edən iki nəfər saxlanılıb
17.11.2026, 14:43 KRİMİNAL
-
ƏKİN SAHƏLƏRİNƏ SUBSİDİYA: Avans və... - Yeni mexanizm hazırlanıb
17.11.2026, 14:16 İQTİSADİYYAT
-
Partiya sədri: "Bu sualı mənə deyil, o kanalda ağzına gələni danışanlara verin"
17.11.2026, 13:59 SİYASƏT
-
Şuradan bəyanat: "Qeyd olunan müddəa vətəndaşların dini etiqadına və ya dini təhsilinə deyil, yalnız..."
17.11.2026, 13:38 CƏMİYYƏT
-
Aqil Abbas jurnalistin sualını belə cavablandırdı: “Mən onun səviyyəsində deyiləm"
17.11.2026, 13:37 SİYASƏT
-
Reklam pulları sosial şəbəkələrə xərclənir, qəzet və saytlara ayrılan məbləğ... - "Yerdə qalan 4 min manat vəsaitlə 8 nəfər işçi necə çalışsın?"
17.11.2026, 13:14 PRESS
-
Deputat spikerə danışmağa imkan verməməklə bağlı irad tutdu, MARAQLI POLEMİKA YARANDI: "Sİz narahat olmayın mənim emossiyalarımdan..."
17.11.2026, 13:02 SİYASƏT