Nə Montella, nə Kocaman, nə də Avcı... - Əziz Yıldırım onu "Fənərbaxça"nın başına gətirmək istəyir

Nə Montella, nə Kocaman, nə də Avcı... - Əziz Yıldırım onu \"Fənərbaxça\"nın başına gətirmək istəyir

İDMAN

Bugün, 12:43

"Fənərbaxça"da İsmayıl Kartalla yollarının ayrılmasından sonra baş məşqçi postuna namizədlərin siyahısı genişlənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, indiyə qədər komandanın baş məşqçi vəzifəsinə yığmanın sabiq məşqçisi Montella, Aykut Kocaman, Abdullah Avçı və digər mütəxəssislərin adları hallanıb.

İndisə bəlli olub ki, klub prezidenti Əziz Yıldırım onların heç biriylə işləmək istəmir.

Məlumata görə, Əziz Yıldırımın gündəmdəki namizəd alman məşqçi Julian Nagelsmandır: "Artıq 39 yaşlı Julian Nagelsmannla təmas qurulub, danışıqlar gedir".

Xatrladaq ki, Nagelsman hazırda "Mançester Yunayted" və "Leypsiq"in də gündəmindədir. O, buna qədər "Hoffenhaym", "Leypsiq" və "Bavariya" ilə yanaşı,  Almaniya milli komandasının məşqçisi də olub.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR