Mərkəzi Banka əlavə səlahiyyət verilir
İQTİSADİYYAT
Bugün, 11:07
Mərkəzi Banka əlavə səlahiyyət verilir.
Mia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.
48-1-ci maddənin (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması) yeni redaksiyada verilməsi təklif olunur.
Layihə Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sisteminin 5-ci raund qiymətləndirilməsi hesabatında FATF-ın 26-cı və 27-ci Tövsiyələri üzrə hazırlanıb.
Layihəyə əsasən Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş, yəni bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcəkr. Maliyyə institutlarının və maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risk profilləri, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməməsi riskləri dövri olaraq qiymətləndiriləcək. Maliyyə institutu yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçilər dəyişdikdə, fəaliyyət növlərində, müştəri qrupunda və ya coğrafi fəaliyyət dairəsində dəyişiklik baş verdikdə risk profili yenidən qiymətləndiriləcək. Əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləği 40 faiz və ya daha çox artdıqda da təkrar qiymətləndirmə aparılacaq.
Mərkəzi Bank nəzarət tədbirlərinin dövriliyini və intensivliyini maliyyə institutunun və ya maliyyə qrupunun risk profilini, siyasətini, daxili qaydalarını, nəzarət mexanizmlərini və prosedurlarını nəzərə almaqla müəyyən edəcək. Bu zaman ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi riskləri də nəzərə alınacaq. Nəzarətin dövriliyi və intensivliyi müəyyən edilərkən maliyyə institutlarının və maliyyə qruplarının xüsusiyyətləri, maliyyə institutlarının müxtəlifliyi və sayı, habelə risk əsaslı yanaşma çərçivəsində normativ xarakterli aktla onlara verilmiş səlahiyyət genişliyinin dərəcəsi də qiymətləndiriləcək.
Mərkəzi Bank nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və ya maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququna malik olacaq. Tələb olunan sənəd və məlumatlar Mərkəzi Bankın sorğusunda müəyyən edilmiş müddətdə təqdim edilməlidir. Nəticədə, Mərkəzi Bankın maliyyə institutları və maliyyə qrupları üzrə risk əsaslı nəzarət və məlumat tələb etmək səlahiyyətləri daha aydın və əhatəli şəkildə müəyyən ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə futbolu yenə "qaynayır": Baş məşqçiyə etiraz, yığmadan ayrılmaq istəyən futbolçular və...
Bugün, 11:48 İDMAN
-
Əli Əsədovla İrakli Kobaxidze bir araya gəldi - Siqnaxidə + FOTO (YENİLƏNİB)
Bugün, 11:43 GÜNDƏM
-
Məhkəmə ekspertlərindən nə qədər vergi tutulacaq? - Qərar qəbul edildi
Bugün, 11:37 İQTİSADİYYAT
-
14 ilin icra başçısı məhkəmədə oğlunun keçmiş dostları ilə çəkişir: "Nəsil söhbəti eləmə..."
Bugün, 11:36 CƏMİYYƏT
-
Türkiyənin 4 böyük klubu rus futbolçunu heyətinə qatmaq üçün yarışır
Bugün, 11:27 İDMAN
-
TRAMPLA PUTİN ANLAŞMASI: 288.000 ton Rusiya dizelinin olduğu yeddi tanker ABŞ-a yola düşüb
Bugün, 11:18 İQTİSADİYYAT
-
MİT İŞİD-ə qarşı xaricdə əməliyyat keçirdi - "Abdullah" Türkiyəyə gətirildi
Bugün, 11:09 DÜNYA
-
Mərkəzi Banka əlavə səlahiyyət verilir
Bugün, 11:07 İQTİSADİYYAT
-
Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri... - Yeni qanun
Bugün, 11:07 CƏMİYYƏT
-
Deputat qətldə adı hallanan oğlu barədə sualı cavablandırmaqdan yayındı
Bugün, 10:47 SİYASƏT
-
Husilər Ər-Riyadda ballistik raketlər fırladıb
Bugün, 10:39 DÜNYA
-
Putindən Avropaya müharibə xəbərdarlığı: "Biz hazırıq, əgər kimsə istəyirsə, hazırlaşsın!" - "Rusiya Birinci və İkinci Dünya Müharibələrindən dərs çıxarıb"
Bugün, 10:21 GÜNDƏM
-
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
Bugün, 10:21 GÜNDƏM
-
Baş idarə rəisinə vaxtından əvvəl xüsusi rütbəsi verilib
Bugün, 10:15 CƏMİYYƏT
-
Ağdam şəhərinə və Xocavənd növbəti köç yola salınıb
Bugün, 10:14 GÜNDƏM
-
Azərbaycan nefti ucuzlaşdı - 3 dollar
Bugün, 10:08 İQTİSADİYYAT
-
Biləcəridə hotelin fəaliyyəti dayandırılıb - VİDEO
Bugün, 09:49 CƏMİYYƏT
-
OMBUDSMAN DƏYİŞƏCƏK, YOXSA... - 3 namizəd var, deputatlar kimə "hə" deyəcək? + FOTO (Yenilənib)
Bugün, 09:26 SİYASƏT
-
Bir yuxu türk aktrisanın həyatını dəyişib - Açıqlama
Bugün, 09:01 MƏDƏNİYYƏT
-
AĞ EVDƏ QAPALI TOPLANTI - İrana qarşı hücum variantları nəzərdən keçirilir?
Bugün, 00:35 GÜNDƏM
-
Türk klubundan Messiyə inanılmaz təklif: ilə 50 milyon avro maaş... - ATASI ƏNGƏL OLUB!
Bugün, 00:25 İDMAN
-
Özgür Özəl İstanbulun bələdiyyələrini bir-bir "ovlayır" - Ahmet Özer də Yeni Partiyaya "hə" dedi
Bugün, 00:14 SİYASƏT
-
Maliyyə Nazirliyi yoxladı və... - XİDMƏT RƏHBƏRİ VƏZİFƏDƏN AZAD OLUNDU
Bugün, 00:10 CƏMİYYƏT
-
Vasif Talıbovun qardaşı məhkəməlik oldu - Keçmiş həyat yoldaşı ilə əmlak mübahisəsi yaranıb
Bugün, 00:07 CƏMİYYƏT
-
"Qalatasaray"ın "Konyaspor"a qarşı matçı: heyətlər açıqlandı
Bugün, 00:02 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında - FOTOLAR
29.10.2026, 23:34 MƏDƏNİYYƏT
-
"Şəkillərə baxıram, Türkiyəni söyənlər lap qabaqdadır ki..." - Səfirliyin təşkil etdiyi tədbir birmənalı qarşılanmadı
29.10.2026, 22:55 SİYASƏT
-
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb -FOTOLAR
29.10.2026, 22:42 MƏDƏNİYYƏT
-
Axtarışda olan azərbaycanlı Almaniyada tutuldu
29.10.2026, 21:19 KRİMİNAL
-
Xalq artisti Zaur Rzayev vəfat edib - Mədəniyyət Nazirliyi nekroloq yayıb (Yenilənib)
29.10.2026, 20:56 MƏDƏNİYYƏT
-
MAAŞ HESABININ BAŞQA BANKA KÖÇÜRÜLMƏSİ, CƏRİMƏDƏN TUTULAN FAİZ... - Mərkəzi Bank sədri ilə ekspertlərin görüşündə daha nələr müzakirə olunub?
29.10.2026, 20:13 İQTİSADİYYAT
-
Kapadokiyada peri bacası çöküb - 3 nəfər ölüb + FOTOLAR
29.10.2026, 20:13 DÜNYA
-
Milli Xalça Muzeyində “Azərbaycan silahşünaslığının aktual problemləri” adlı II Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb - FOTOLAR
29.10.2026, 19:56 MƏDƏNİYYƏT