Türkiyə futbolu yenə "qaynayır": Baş məşqçiyə etiraz, yığmadan ayrılmaq istəyən futbolçular və...

Türkiyə futbolu yenə \"qaynayır\":  Baş məşqçiyə etiraz, yığmadan ayrılmaq istəyən futbolçular və...

İDMAN

Bugün, 11:48

Sergen Yalçının Türkiyə yığmasının başına gətirilməsindən snra komandada çaxnaşma yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi təyin olunmasından əvəvl efirlərdə yığmanın ulduz futbolçulaırnı topa tutan Sergen Yalçın indi onların etiarzları ilə qarşılaşıb.

İddiaya görə, artıq "İnter"də forma geyinən Hakan Çalhanoğlunun Sergen Yalçına görə milli komandadan ayrıldığını federasiyaya bildirib.

Məlumatda deyilir ki, daha bir neçə futbolçu da Sergen Yalçına görə millidən getmək fikrindədir.

Sergen Yalçın isə haqqındakı iddiaları yalanlayıb. O, futbolçuların hamısı ilə videoznglə danışdığını deyib: "Deyirlər, yazırlar ki, guya onlar zəngimə cavab vermir. Belə deyil. Hamısı ilə görüntülü danışmışam. Bilmirəm bu hekayələri haradan uydururlar. Oyunçular mənim keçmiş açıqlamalarımdan narahat deyillər. Çünki biz bu açıqlamaları ekranda, qismən də şou üçün vermişik. Bu gün biz ekranda deyilik, meydandayıq."

Türkiyə Futbol Federasiyası (TFF) da açıqlama yayıb. Və bəzi oyunçuların Sergen Yalçının telefon zənglərinə cavab verməməsi ilə bağlı iddiaları təkzib edib.

Fərid ASLAN

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR