Özünü təmizə çıxarmaq cəhdi.. - Mirşahin "Azərbaycan müəllimi”nə cavab yazdı
YAZARLAR
Bugün, 14:19
Mirşahin Ağayev,
REAL TV-nin rəhbəri
***
BİR MƏTNƏ ZƏRURİ SÖZ ARDI (“Azərbaycan müəllimi” üçün)
“Azərbaycan müəllimi” yazır: “Məktəbdə azyaşlı şagirdin həyatını itirdiyi faciəvi hadisədən dərhal sonra əsas prioritet uşaqların, ailənin və məktəb kollektivinin yaşadığı ağır sarsıntıya hörmətlə yanaşmaq olmalıdır”.
Bəli. Razıyam. Əməkdaşlarımız da hadisə rayonuna məhz “uşaqların, ailənin və məktəb kollektivinin yaşadığı ağır sarsıntıya hörmətlə yanaşdığına” görə getmişdilər.
“Azərbaycan müəllimi” yazır: “Hadisə şahidlərinin bildirdiyinə görə, televiziya operatorundan dəfələrlə azyaşlı şagirdlərdən müsahibə almamaq, onların psixoloji vəziyyətini nəzərə almaq xahiş edilib. Lakin bu müraciətlərə məhəl qoyulmadığı, çəkilişlərin davam etdirildiyi, hətta həyatını itirən şagirdin yaxınlarının razılığı olmadan görüntülərinin lentə alındığı bildirilir”.
Doğru deyil: Əvvəla heç kim uşaqlara yaxınlaşıb müsahibə almağa cəhd etməyib. Çünki “Real TV”də azyaşlı şəxslərlə necə davranmaq barədə hər kəsin məlumatı var. Hətta başqa kanallardan alınan kadrlarda belə texniki müdaxilələrlə azyaşlı müsahiblərin üzü gizlədilir, səsi tanınmazlaşdırılır. İkinci iddiaya gəlincə, hücuma məruz qalan operator deyil, onun assistentidir. Çəkiliş aparmayan şəxsdir. Müsahibə almayan şəxsdir! Hadisə rayonunda işləməli olan operator isə məhz emosianal gərginlik faktorunu nəzərə alaraq kənara çəkilib. (Kadrlarda operatorun bu hərəkəti aydın görünür).
Deməli, “şahidlərin sözlərinə görə, məhz bu davranışlar hadisə yerində ciddi narazılıq və gərginlik yaradıb” iddiası tamamilə əsassızdır və özünü təmizə çıxarmaq səciyyəsi daşıyır.
Mətndə növbəti - “Bəs azyaşlılara hansı suallar veriləcəkdi? “Hadisə necə baş verdi?”, “Onun hansı problemləri var idi?”, “Hadisəni kim gördü?” kimi ehtimallar isə həvəskar fantaziyalardan başqa bir şey deyil. Birincisi, uşaqlardan müsahibə almaq tapşırığı verilməmişdisə, yuxarıda qoyulmuş o suallar mövzusunda bizim yerimizə düşünmək də mənasını itirir.
İkincisi, media əməkdaşını “filan sualı verə bilərdi”, - deyə linçə məruz qoymaq kimin ağlının məhsuludur!? İşin tragikomik tərəfi - “Bu uşaqların bəziləri bəlkə də həyatlarında ilk dəfə belə ağır bir faciə ilə üzləşib, meyit görüblər. Onların yaşadığı psixoloji sarsıntını nəzərə almadan müsahibə almağa çalışmaq hansı peşəkar jurnalistika prinsiplərinə uyğundur?”, - sualına gəlincə - təkrar edirik, uşaqlara verilməmiş və verilməyəcək suallara görə linçə haqq qazandırmaq absurd olmaqla yanaşı, ciddi məsuliyyətsizlikdir. Və niyə məktəblərdə uşaqları meyitlə anatomiya dərslərində vaxtında tanış etmirlər ki, sonda şok yaşayan şagirdlər acığını media nümayəndəsindən çıxırlar?!
Qalan digər təzadlar da “Azərbaycan müəllimi” qəzetinin “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsələ ilə bağlı açıqlamasının izahına istinadından doğur. Məsələn, “İdarə bir daha xatırladıb ki, belə həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət olunmalıdır: bir daha vurğulayırıq: çəkiliş qrupumuz elə buna görə - dəqiqlik və məsuliyyət prinsiplərinə riayət etdiyindən o məktəbə gedib, “uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyi, psixoloji təhlükəsizliyi və mənafeləri qorunmalıdır.
- Bəli. Elədir ki var! Məktəbdən bu məqsədlə açıqlama da istənilib. Əvəzində linçlə qarşılaşmışıq. “Azərbaycan Müəllimi”nin Bakı Təhsil İdarəsinin mediaya media dərsi keçmək niyyətinə düşən şəxslərindən gətirdiyi bu sitata gəlincə, “Açıqlamada, (Təhsil İdarəsinin açıqlamasında) həmçinin, şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək digər davranışlara yol verilməməsinin vacibliyi vurğulanıb”.
Bunu bizə kim deyir? Niyə əvvəl açıqlama verməkdən yayınıb, sonradan mediaya medialıq öyrədirsiniz, müəllimlər?
…və! nəhayət: bu nə iddiadır belə:
“Əlbəttə, bütün bunlar operatora qarşı fiziki zorakılığı haqlı etmir. Ancaq hadisəni yalnız jurnalistin döyülməsi üzərindən təqdim etmək, qarşıdurmaya gətirib çıxardığı bildirilən halları görməzdən gəlmək də düzgün deyil”.
Kim görməzdən gəlir, kim hadisəni yalnız jurnalistin döyülməsi üzərindən təqdim edib? Şəxsən mənim sosial hesabımda paylaşdığım statusda əsas mövzu başqadır. Məsələn bu: “Məni heyrətə gətirən, həm də əslində məsumluq yaşında olmalı yenyetmələr qrupunun içində bu qədər nifrətin, amansızlığın olmasıdır. Mən problemin kökündə küçə xuliqanlığının yeniyetmələrimizin hələ formalaşmamış şüurunda qabarıq təzahürü ilə yanaşı son zənglərdə oxunan kriminal mahnılardan da notlar görürəm.
Real Təhlil İnformasiya Mərkəzinin Baş direktoru kimi rəsmən bildirirəm: bu vəhşiliyi törədənlərin heç biri Azərbaycan Qanunundan kənarda qalmayacaq. Məktəb tərbiyəsinə hazır olmayanların islah edilməsi başqa müstəvidə - müvafiq düşərgələrdə həyata keçirilməlidir! Dünən bir məktəbdə pəncərələrə daş, bu gün başqa bir məktəbdə operatora təpik atanlarla ən sərt şəkildə davranılmalıdır. Onlar cəmiyyətə layiq olmaq istəmirlərsə, ləyaqətə hüquqi və qanuni yollarla məcbur edilməlidirlər.
Göründüyü kimi, burada hadisəni yalnız jurnalistin döyülməsi üzərindən təqdim etmək, qarşıdurmaya gətirib çıxardığı bildirilən halları görməzdən gəlməkdən söhbət belə getmir. Hövsələsizlik nümayiş etdirsəydim deyərdim: çaşmısınız? Yarıtmaz fəaliyyətiniz nəticəsində bir balamız ölüb, ikincisini isə az qala dünən döyüb öldürəcəkdiniz!, - deyərdim. Hələ üzünüz də var danışmağa?, - deyərdim, bu cümlələrə görə biz sizi məhkəməyə verə bilərik, - deyərdim.
“Jurnalistin hüquqları olduğu kimi, faciə yaşamış uşaqların və ailələrin də hüquqları var. Mətbuat azadlığı heç kimə azyaşlıların psixoloji təhlükəsizliyini, insanların şəxsi həyatını və faciə qarşısındakı həssaslığını nəzərə almamaq haqqı vermir”. Bu nədir belə tirajlayırsınız, bizi nədə ittiham edirsiniz? Etmədiyimiz, etmək niyyətində olmadığımız hərəkətlərdəmi? Bu, böhtan deyil? Qarayaxma deyil, bu? Sizin yerinizə olsaydım, tələsməzdim, polisin araşdırmasının nəticələrini gözləyərdim… Axı bir azyaşlı vətəndaşımızın ölümü, bir başqa vətəndaşımızın amansızcasına döyülməsi faktı sizin mənəvi və fiziki ərazidə baş verib. Hadisə rayonu sizsiniz. Bu biabirçi “şedevr”in müəllifinin isə gözlərinin içini görmək istərdim: “Peşəkar jurnalistika təkcə nəyi çəkməyi deyil, nəyi çəkməməyi, kimə sual verməyi deyil, hansı məqamda susmağı da bilməyi tələb edir”.
- Bravo! Əhsən! “Malades”!
SONDA: “Azərbaycan müəllimi” yazır: “Bu hadisədə zorakılığa hüquqi qiymət verilməli, eyni zamanda media nümayəndələrinin davranışları da peşə etikası baxımından obyektiv araşdırılmalıdır”. Razıyam. “Azərbaycan müəllimi” qəzetində tirajlanmiş o fikirlə də razıyam ki, “jurnalistikanın əsas prinsipi yalnız informasiya əldə etmək deyil, həm də insana hörmət etməkdir…”
Və mən də bu fikirləri elə insana hörmət etmək adına yazdım!
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İsraildə seçki: ssələrin 93 faizindən çoxu sayılıb - Ərəb partiyaları tarix yazdı
Bugün, 17:08 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Ceyranbatanda şagirdlər kütləvi zəhərlənib
Bugün, 16:50 CƏMİYYƏT
-
REAL TV-nin ƏMƏKDAŞINI DÖYƏN 3 NƏFƏR TUTULUB
Bugün, 16:29 GÜNDƏM
-
Ərdoğan Mirziyoyevlə görüşdü - Ankarada
Bugün, 16:17 GÜNDƏM
-
Azərbaycanı TDT-nin Zirvə görüşündə XİN başçısı təmsil edəcək
Bugün, 16:07 GÜNDƏM
-
"TRAMPI CİLOVLAMALIYIQ, YOXSA..." - Obama seçki mitinqinə qatıldı, hazırkı hökumət üzvlərini qeyri-ciddi saydı, mühüm mesajlar verdi
Bugün, 15:55 GÜNDƏM
-
Nazir Vilayət Eyvazov rəisləri topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
Bugün, 15:42 GÜNDƏM
-
Avropa Mərkəzi Bankının prezidenti istefa verdi - Yerinə iki namizəd var
Bugün, 15:36 İQTİSADİYYAT
-
Əli Əsədov Gürcüstana işgüzar səfərə gedib
Bugün, 15:09 GÜNDƏM
-
Azərbaycan Ukraynaya humanitar yardım göndərib
Bugün, 15:02 GÜNDƏM
-
"O, gedərsə, gələrəm" - Məşqçi "Fənərbaxça"ya şərt qoydu
Bugün, 14:54 İDMAN
-
Kartdan-karta köçürmələrdə niyə limit qoyulub? - Mərkəzi Bankın sədri səbəbi açıqladı
Bugün, 14:34 İQTİSADİYYAT
-
Özünü təmizə çıxarmaq cəhdi.. - Mirşahin "Azərbaycan müəllimi”nə cavab yazdı
Bugün, 14:19 YAZARLAR
-
Ceyhun Bayramov Hakan Fidanla görüşüb - Ankarada + FOTO (YENİLƏNİB)
Bugün, 14:15 SİYASƏT
-
"Korkut Ata" Türk Dünyası Film Festivalı - Azərbaycan üç filmlə təmsil olunacaq
Bugün, 14:07 MƏDƏNİYYƏT
-
REAL TV ilə Bakı Təhsil İdarəsi arasında gərginlik böyüyür
Bugün, 13:49 CƏMİYYƏT
-
Mətbuat Şurası: "Jurnalistlərə fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir"
Bugün, 13:20 PRESS
-
Seçkini uduzan müxalifət lideri iki dövlətin gizli dəstəyi ilə ABŞ-a qaçdı - Özü haqda təqdimat yazdı, sonra sildi, daha sonra fərqli paylaşdı
Bugün, 12:43 SİYASƏT
-
Nə Montella, nə Kocaman, nə də Avcı... - Əziz Yıldırım onu "Fənərbaxça"nın başına gətirmək istəyir
Bugün, 12:43 İDMAN
-
Sabah yüksək dağlıq ərazilərdə qar yağacaq
Bugün, 12:30 CƏMİYYƏT
-
Ceyhun Bayramov Ankarada: "2027-ci il üçün Yol Xəritəsinin qəbul edilməsi..."
Bugün, 12:15 SİYASƏT
-
Partiya sədri canlı yayımda bəyan etdi: "Özümü yandıracağam"
Bugün, 12:13 SİYASƏT
-
Məmurlara xidməti maşından şəxsi maraqlar üçün istifadə qadağan olunur
Bugün, 12:10 GÜNDƏM
-
Professor Adilə Abbasova vəfat edib
Bugün, 12:02 CƏMİYYƏT
-
Vəzifəli şəxslərlə bağlı yeni qanun: kənar fəaliyyətlə məşğul olma və...
Bugün, 11:54 GÜNDƏM
-
Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur, danışmaq da istəmirəm"
Bugün, 11:39 SİYASƏT
-
"Bakı Şəhər Təhsil İdarəsi jurnalistlərə xəbər hazırlamağı öyrədir, amma.."
Bugün, 11:36 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub döndərdi: "Əziz qardaşım..." - MƏTN
Bugün, 11:26 GÜNDƏM
-
"AzerGold” QSC-də yeni təyinatları olub
Bugün, 11:12 CƏMİYYƏT
-
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard artıb
Bugün, 11:04 İQTİSADİYYAT
-
"Təhsildən xəbərsiz Emin Əmrullayev və onun dağıdıcı komandası..." - Sabiq deputatdan açıqlama
Bugün, 10:49 CƏMİYYƏT
-
OMBUDSMAN DƏYİŞƏCƏK, YOXSA.. - Deputatlar kimə "hə" deyəcək?
Bugün, 10:16 SİYASƏT
-
Səhiyyə Nazirliyinin mətbuat katibi bəlli oldu - Yeni nazirdən daha bir dəyişiklik (FOTO)
Bugün, 10:08 PRESS