Seçkini uduzan müxalifət lideri iki dövlətin gizli dəstəyi ilə ABŞ-a qaçdı - Özü haqda təqdimat yazdı, sonra sildi, daha sonra fərqli paylaşdı

Seçkini uduzan müxalifət lideri iki dövlətin gizli dəstəyi ilə ABŞ-a qaçdı - Özü haqda təqdimat yazdı,  sonra sildi, daha sonra fərqli paylaşdı

SİYASƏT

Bugün, 12:43

Braziliyadakı seçkilərdə hzırkı prezidentə uduzan ölkə müxalifətinin lideri Flavio Bolsonaro ABŞ-ın Mayami şəhərinə qaçıb.

Mia.az xarici mətbuata istinadla xəbər veirr ki, o, haqqında cinayət işi açılmasına baxmayaraq, ölkədən iki dövlətin dəstəyi ilə qaçdığını gizlətməyib.

Bu barədə ABŞ-da açıqlama verən müxalifət lideri ölkəsindən qaçmadığını iddia etsə də, Brazilyadan həbs edilmədən çıxmasına görə  ABŞ prezidenti Donald Trampa və Argentina prezidenti Xavyer Miliyə dəstəklədikləri üçün təşəkkür edib.

O, ölkədn çıxışına qadağa qoyulmasına baxmayaraq, ABŞ-ın Mayami şəhərindən siyasi fəaliyyətini davam etdirəcəyini deyib.

Müxalifət lideri ABŞ-da özünü əvvəlcə "əsl seçilmiş prezident" adlandırsa da, sonra paylaşımı silib, bu dəfə özünü "Braziliya lideri" olaraq təqdim edib.

Bolsonaro bildirib ki,  ABŞ "azadlıqlar diyarı"dır və buradan ölkəsindəki demokratyiya üçün mübarizə aparacaq: "Hər kəs bilsin ki, mən ölkəmdən qaçmamışam. Bu gediş qaçmaq deyil. Sadəcə Braziliya üçün getdiyim. Xalqımın layiq olduğu lider olmaq üçün bu fövqəladə rejimi tərk etdim".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR