MƏKTƏBLƏRDƏ GEYİMLƏ BAĞLI YENİ TƏLƏBLƏR QƏBUL OLUNDU - Nazirlər Kabineti açıqladı
GÜNDƏM
Bugün, 19:41
Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər açıqlanıb.
Mia.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.
Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı TƏLƏBLƏR
1. Ümumi müddəalar
1.1. Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər (bundan sonra – Tələblər) “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.13-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (bundan sonra – məktəb) təhsilverənlər (bundan sonra – təhsilverənlər) üçün geyim ilə bağlı vahid qaydaları müəyyən edir.
1.2. Bu Tələblər xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə şamil edilmir.
1.3. Bu Tələblərin məqsədi təhsilverənlərin geyimi ilə bağlı vahid yanaşmanın müəyyənləşdirilməsi, məktəbdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasıdır.
1.4. Təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, habelə məktəbi təmsil etdikləri məktəbdənkənar rəsmi və təntənəli tədbirlərdə bu Tələblərə riayət etməlidirlər.
1.5. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.
1.6. Təhsilverənlərin geyimi, o cümlədən istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalıdır.
1.7. Bu Tələblərə təhsilverənlər tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyi nəzarət edir.
1.8. Bu Tələblərə təhsilverənlər tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.
2. Təhsilverənlərin geyiminə dair ümumi tələblər
2.1. Təhsilverənlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda (fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilməsi istisna olmaqla) olmalıdır.
2.2. Bu Tələblərin 2.1-ci bəndi nəzərə alınmaqla təhsilverənlər üçün aşağıdakı geyimlər müəyyən edilir:
2.2.1. kişi təhsilverənlər üçün:
2.2.1.1. sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar);
2.2.1.2. uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək;
2.2.1.3. təhsilverənin öz istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik üslubda sviter, pulover və ya jilet;
2.2.1.4. klassik ayaqqabı. 2.2.2. qadın təhsilverənlər üçün:
2.2.2.1. sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək və ya pencək və don);
2.2.2.2. uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don;
2.2.2.3. uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta;
2.2.2.4. klassik ayaqqabı.
2.3. Geyimin ölçüsü və forması təhsilverənin əmək funksiyasının icrasına mane olmamalıdır.
2.4. Təhsilverənlərin əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu Tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən (geyim elementlərindən) istifadə etməsinə yol verilmir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ceyhun Cəlilov: "Naxçıvanın iki əsas istiqamətdə çətinliyi var..." - "Səlahiyyətli nümayəndəlik daha çox nəzarətedici və..." (MÜSAHİBƏ)
Bugün, 21:12 SİYASƏT
-
"Daltons" şəbəkəsinə qarşı 14 şəhərdə eyni anda əməliyyat başladı: saxlanılanlar arasında uşaqlar da var!
Bugün, 20:43 KRİMİNAL
-
Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
Bugün, 20:01 İQTİSADİYYAT
-
MƏKTƏBLƏRDƏ GEYİMLƏ BAĞLI YENİ TƏLƏBLƏR QƏBUL OLUNDU - Nazirlər Kabineti açıqladı
Bugün, 19:41 GÜNDƏM
-
Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur? - Ekspert Fərid Cəfərlidən açıqlamalar
Bugün, 18:55 İQTİSADİYYAT
-
Reketlər "xərac" kəsdi, vermədi və... - Türkiyədə məşhur zərgər iş yerinin qarşısında güllələndi
Bugün, 18:35 KRİMİNAL
-
ABŞ-da 60 ildən sonra bir ilk: 13 əsgəri öldürən psixiatr güllələnəcək - Tramp edamı təsdiqlədi
Bugün, 18:17 DÜNYA
-
Nazir öz oğluna üçmərtəbəli obyektinin istismarına icazə verib
Bugün, 18:03 CƏMİYYƏT
-
Canan Karataydan təəccübləndirən məsləhət: Səhər acqarına bunu için
Bugün, 17:49 CƏMİYYƏT
-
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
Bugün, 17:39 KRİMİNAL
-
Nazir Köçəri Tumasovu təltif etdi
Bugün, 17:34 CƏMİYYƏT
-
Ağ Evin keçmiş mətbuat katibinin yeni iş yeri bəlli oldu
Bugün, 17:22 PRESS
-
Naxçıvan Mədəniyyət nazirinə müavini təyin olunub
Bugün, 17:13 MƏDƏNİYYƏT
-
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları bir arada - FOTOLAR
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Leyla Seyidovaya yeni vəzifə verildi
Bugün, 16:58 GÜNDƏM
-
Keçmiş Xarici İşlər naziri Mərdəkanda bağ sahəsini zəbt edib? - Sabiq nazir "Sovet dövründə o torpaq sahəsi mənim atama verilib" deyir (Yeniləniib)
Bugün, 16:47 CƏMİYYƏT
-
Polkovnik Rahim Cəfərov təqaüdə göndərilib
Bugün, 16:45 CƏMİYYƏT
-
Özgür Özəl partiyasını satanlar haqqında elə şeylər dedi ki... "Xain oğlu xainlərdir"
Bugün, 16:29 GÜNDƏM
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTOLAR (Yenlənib)
Bugün, 16:19 GÜNDƏM
-
"Qalatasaray"ın baş məşqçisi "Kasımpaşa" matçına yeni heyətlə çıxacaq
Bugün, 16:09 İDMAN
-
Türkiyə parlamentində şok istefa - Vitse-spiker vəzifədən getdi (FOTO)
Bugün, 16:01 SİYASƏT
-
İsrail ordusu İrana hücum planı hazırlayır
Bugün, 15:53 GÜNDƏM
-
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Bugün, 15:44 GÜNDƏM
-
Rusiyalı aparıcı Bakıda ev alıb
Bugün, 15:23 CƏMİYYƏT
-
“Bravo”da rəf və kassa qiyməti problemi - Müştərilər şikayət edir...
Bugün, 15:21 İQTİSADİYYAT
-
Müğənni bəzi blogerləri "görməmiş" adlandırdı: "...mənə acıq verirsən? "
Bugün, 15:21 MƏDƏNİYYƏT
-
Korrupsiya barədə məlumat verən şəxsə bu qədər mükafat veriləcək - Azərbaycanda qanun dəyişir, nələr olacaq?
Bugün, 15:07 İQTİSADİYYAT
-
Ceyhun Bayramovla ABŞ rəsmisi müzakirə apardı
Bugün, 15:03 SİYASƏT
-
Ermənistanda sərhədi keçən əsgərimizə görə istefalar başlayıb
Bugün, 14:54 SİYASƏT
-
Paşinyan hərbçimizlə bağlı sualdan yayındı - VİDEO
Bugün, 14:25 GÜNDƏM
-
Səbiyyə Panəliyeva saxlanıldı
Bugün, 14:24 KRİMİNAL
-
Daha 110 aptekdə yoxlama aparılıb
Bugün, 14:10 İQTİSADİYYAT
-
Belçikalı alim fizika üzrə Nobel mükafatını qazandı
Bugün, 13:59 PRESS