Nazir təhdid etdi, sərt cavab gecikmədi: "Dəlilik edərsəniz, ölkəniz yer üzündə qalmayacaq"

Nazir təhdid etdi, sərt cavab gecikmədi: \"Dəlilik edərsəniz, ölkəniz yer üzündə qalmayacaq\"

GÜNDƏM

Bugün, 10:13

İsrail maliyyə naziri Bezalel Smotriçin Misir və ona bağlı olan Sinay yarımadasına qarşı təhdidvari sözləri rəsmi Qahirədə çox sərt qarşılanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun təhdidinə Misir parlament üzvü Mustafa Bekri və televiziya aparıcısı Əmr Edib dövlət telekanalında çox sərt cavablar veriblər.

Müşahidəçilərin fikrincə, ölkə rəhbərliyi diplomatik böhranı daha da böyütməmək üçün onların dili ilə İsrailə xəbərdarlıq edib.

Yeri gəlmişkən, israilli nazirin təhdidinə ölkədə bir çox ekspertlər cavab verib. Lakin Misirin "Sada əl-Baladda" kanalında yayımlanan verilişdə deputatla aparıcının sözləri dünyanın bir çox media orqanlarında tirajlanıb.

Verilişdə deputat İsrailə xitabən deyib: "Əgər dəlilik etsəniz, yeri üzündə İsrail adlı dövlət qalmayacaq. Bu, aydındır. Siz Misir və Sinaya qaşrı yenə müharibədən danışırsınz. Yenəmi 1973-cu ildəki müharibəni görmək istəyirsiniz? 1973-cü ildəki kimi Misir özünü və xalqını müdafiə etməyə hazırdır. 120 milyon misirli vətənləri üçün ölməyə hazırdır. Bizə qarşı ən xırda həmləyə on qat güclə cavab verəcəyik. Keçmişdə bunu edənlər bunu yenidən edəcəklər. Sinay Misir üçün qırmızı xəttdir"

O, müharibə olarsa, hədəflərində Təl-Əviv, Ben Qurion Hava Limanı və İsrail Baş naziri Benyamin Netanyahunu göstərib: "Aramızdakı məsafə cəmi bir neçə metrdir, unutmayın!".

Xaırladaq ki, 1978-ci ildə Misir və İsrail arasında imzalanan Kemp Devid Sazişlərindən sonra İsrail 1967-ci ildə işğal etdiyi Sinay yarımadasından 1979-cu ildə çıxıb.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR