Canan Karataydan təəccübləndirən məsləhət: Səhər acqarına bunu için 

Canan Karataydan təəccübləndirən məsləhət: Səhər acqarına bunu için 

CƏMİYYƏT

Bugün, 17:49

Türkiyəli professor, həkim Canan Karatay qidalanma ilə bağlı açıqlaması ilə yenidən gündəmə gəlib. O, zeytun yağını “qızılın suyu” adlandıraraq onun necə istifadə edilməli olduğunu açıqlayıb. 

MİA.az Türkiyə mediasına istinadən xəbər verir ki, Karatay zeytunu “qızıl”, zeytun yağını isə “qızılın suyu” kimi xarakterizə edib. Onun sözlərinə görə, zeytun yağı yalnız yeməklərdə istifadə edilməməlidir.

Karatay zeytun yağının səhər və axşam acqarına bir fincan içilə biləcəyini bildirib. İstəyənlər yağa limon da əlavə edə bilər.  

Həkim bu vərdişin arıqlamağa kömək etdiyini, qaraciyərin yağlanmasını azaltdığını və beyin sağlamlığına fayda verdiyini iddia edib. O, zeytun yağının beyin funksiyalarını dəstəklədiyini və Alzheimer xəstəliyinin qarşısının alınmasına töhfə verə biləcəyini də söyləyib. 

Karatay türk qəhvəsi ilə bağlı da məsləhət verib. Onun sözlərinə görə, qəhvə şəkərsiz içilməlidir.

Karatay xolesterinlə bağlı fikirlərini də bölüşüb. O, xolesterinin damarları tıxadığı barədə fikrin elmi araşdırmalarla sübut edilmədiyini bildirib.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR