QARA DƏNİZDƏ AZƏRBAYCANLILARIN OLDUĞU DAHA BİR GƏMİ VURULDU - VİDEO (YENİLƏNİB)

QARA DƏNİZDƏ AZƏRBAYCANLILARIN OLDUĞU DAHA BİR GƏMİ VURULDU - VİDEO (YENİLƏNİB)

GÜNDƏM

Bugün, 22:33

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı “Royad Məmmədov” yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan digər azərbaycanlı dənizçinin də kimliyi müəyyənləşib.

Mia.az Oxu.Az-a istinadən xəbər verir ki, həlak olan digər dənizçi Məhəmməd adlı şəxsdir.

Onun fotosunu təqdim edirik:

Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir.

Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digər heyət üzvləri isə ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.

***

Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda taxıl daşıyan  Türkiyə bayrağı altında üzən “Royad Mammadov” adlı yük gəmisində PUA hücumu olub.

Mia.az xəbər verir ki, dron hücumundan sonra gəmidə yanğın çıxıb: "İnsident zamanı 2 nəfər həlak olub, onlardan biri azərbaycamnlıdır. 11  nəfər isə yaralanıb". 

***

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR