Türkiyə parlamentində şok istefa - Vitse-spiker vəzifədən getdi  (FOTO)

Türkiyə parlamentində şok istefa - Vitse-spiker vəzifədən getdi  (FOTO)

SİYASƏT

Bugün, 16:01

Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bəkir Bozdağ vəzifəsindən istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu gün istefa ərizsəini sədarətə təqdim edib.

Vitse-spiker istefa ərizəsində səhhətində yaranmış vəziyyəti əsasə gətirib.

Məlumatda deyilir ki, Ərdoğann lideri olduğu AK Partiyanın üzvü olan və bu partiyanın xətiylə Şanlıurfadan deputat seçilmiş  Bəkir Bozdağ səhhətindəki problemlərə görə uzun müddətdir müalicə olunur.

Xəbərdə bildirilir ki, tezliklə, Bozdağın yerinə AK Partiya Fraksiyası tərəfindən  yeni sədr müavini seçkisi olacaq

Xatırladaq ki, Bəkir Bozdağ 2023-cü il seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisinin sədr müavini seçilib.

Bəkir Bozdağ 1 aprel 1965-ci ildə Yozqatda anadan olub. O, Uludağ Universitetinin İlahiyyat fakültəsini bitirib və eyni universitetin Sosial Elmlər İnstitutunda Dinlər Tarixi Bölümü üzrə magistr dərəcəsini alıb. Daha sonra Səlcuq Universitetinin Hüquq Fakültəsini bitirib və sərbəst vəkil kimi çalışıb.

22, 23, 24, 26 və 27-ci çağırışlarda Yozqatdan millət vəkili seçilən Bozdağ 28-ci çağırışda Şanlıurfadan millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə daxil olub. Bozdağ müxtəlif dövrlərdə Ədliyyə naziri, Baş nazirin müavini və Hökumət sözçüsü vəzifələrində çalışıb.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR