TÜRKİYƏ VƏ PAKİSTAN ƏR-RİYADA HƏRBİ BÖLMƏLƏR YERLƏŞDİRİR - Husilərə qarşı yeni plan işə salınır?

TÜRKİYƏ VƏ PAKİSTAN ƏR-RİYADA HƏRBİ BÖLMƏLƏR YERLƏŞDİRİR - Husilərə qarşı yeni plan işə salınır?

GÜNDƏM

Bugün, 00:07

Bu gün Məkkə sazişindən irəli gələn tələblərlə bağlı Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Xarici İşlər Nazirlərinin sayca ikinci iclası Ər-Riyadda baş tutub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir verir ki, Məkkə Müdafiə Alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin fövqəladə iclasından sonra üç ölkəninin bağlı birgə bəyanatı yayımlanıb.

Bəyanata əsasən, son iki ayda Yəməndəki İranı dəstəklədiyi Husi qruplaşmasının hücumuna məruz qalan Səudiyyə Ərəbistanına digər iki ölkənin - Türkiyə və Pakistanın hərtərəfli təchiz olunmuş hərbi bölmələri yeridiləcək.

Hər bir tərəfin təhlükəsizliyinin üç ölkənin kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu təkrarlayan bəyanatda bu barəəd deyilir: 

"Komitə kollektiv müdafiə öhdəliklərinin ən qısa müddətdə yerinə yetirilməsinə davam etmək və bu kontekstdə, tərəflərin milli qanunvericiliyinə uyğun olaraq, razılaşma çərçivəsində Səudiyyə Ərəbistanına hərbi qüvvələrin sürətlə yerləşdirilməsi üçün tədbirlər görmək, bununla da hazırlıq vəziyyətini, hərbi inteqrasiyanı və təhdidlərlə mübarizə aparmaq üçün kollektiv potensialı gücləndirmək qərarına gəlinib"

Bəyanatda Məkkə və Mədinənin hədəfə alınması cəhdi və Səudiyyə Ərəbistanındakı şəhərlərə, mülki və iqtisadi obyektlərə qarşı davam edən hücumlar qəti şəkildə pislənib və Səudiyyə Ərəbistanının təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hər hansı bir hücum və ya təhdidi qəti şəkildə rədd etdikləri xüsusi vurğulanıb: "Türkiyə və Pakistan Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin hazırlığını və sayıqlığını, eləcə də Krallığın təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid və hücumlara qarşı qorumaqda nümayiş etdirdikləri peşəkarlığı və yüksək səriştəni yüksək qiymətləndirirlər. Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində öhdəliklərin praktik tədbirlərə çevrilməsi kollektiv müdafiəyə sadiqliyin etibarlılığını əks etdirir, çəkindirmənin effektivliyini gücləndirir və üç ölkənin sazişin müddəalarına uyğun olaraq öz təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün birliyini və qətiyyətini təsdiqləyir".

Bəyanatda daha sonra bildirilib ki, Pakistan ordusunun general-leytenantı Nauman Mahmudu üç illik müddətə Məkkə Müdafiə Alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin sədir təyin olunub.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR